·80 syf.··Beğendi
···Okunma: 29 Ocak 2019 17:30 Bir qadının həyatından 24 saat
.
.
︎71 səhifə, ancaq bəlkə də daha çox hislər var bu kitabda. Düzü, mənim təsdiq etdiyim şeylər yaşanmır, lakin bunlar bir xarici ölkədə keçirsə, susa bilərəm, elə deyilmi?
︎Bu 24 saat içində dəyişən həyatlar və hislər çox ustaca danışılarkən, insanda içkinin və içkinin yaratdığı arsız duyğuların qarşılıqlı vəhdəti də mahir bir qələm tərəfindən izah olunub. ︎Kitabda ən çox diqqətimi çəkən nə yardım adı altında edilən əxlaqsızlıq, nə içki, nə qadın, nə kişi, nə də qumarbazlıq idi. Mənim diqqətimi çəkən "dəyməz" hissi idi, "xəyalqırıqlığı" idi, qadının o qədər əməyinin yerlə bir olması idi. ︎Həqiqətən, bəzən kor olub etdiyimiz şeylərin ONA dəymədiyini anlayıb nə qədər sınırıq, xəyal qırıqlığına uğrayırıq, xəbərimiz yox! Sadəcə, o xoşbəxt olsun deyirik, ürəyimizdə nə olursa olsun " O yaxşı insandır və ona kömək lazımdır. " deyirik. Ancaq nankor insanlarla dolu dünyada, sadəcə xəyalqırıqlıqları toplayırıq. Ya da, mən toplayıram, nə bilim?!
~ Belə güman edirəm ki, mənim həyatımdan da, yəni xəyalqırıqlıqlarımdan belə bir kitab yazsa idilər, 71 deyil, bir 700 səhifə olardı. Adı da "SİTİNİN HƏYATINDAN 48 SAAT"
Niyə 24 yox, 48 saat.. , çünkisini ən yaxınlar anlayacaq.