·96 syf.··Beğendi
···Okunma: 09 Şubat 2019 19:55 Mürebbiye adlı kitabını nəhayət ki oxudum və beləcə, məndə olan bütün Stefan kitabları bitmiş oldu. Kitabın içində 4 hekayə yerləşir;
1. Mürebbiye
2. Yaz Novellası
3. Geç Ödenen Borç
4. Kadın ve Yeryüzü Mürebbiye
Bu hekayəni oxuduğunuzda bizim mentalitet yadınıza düşəcək yəqin.) Ağzı olan camaatın sırf dediqodularından ötrü, səhv anlaşılmalara görə məhv olan həyatın təsviri var hekayədə. Böyüklərin və uşaqların gözündən eyni hadisənin gedişatı var. Sonda həm böyüklərin, həm də uşaqların hadisəyə biçdikləri qərar var. Yaz Novellası
Hekayədə gecikmiş birisinin keçmiş həsrəti rəvayət olunur. Gecikdiyi hisləri bir başqalarının yaşaması üçün məktub yolu ilə tamam bir başqa qapı aralıyır. O, yazının böyük bir sehr olduğunu bir-birini tanımayan iki insanı bir-birinin xəyalına apararkən inandırır. Və sonda özünə bunu etiraf edə bilir. "Yıldızlar yanıp sönen sessizlikleri içinde öylece duruyorlardı; yalnız arada bir içlerinden biri elmassı dizinin içinden aniden ayrılıp yaz gecesinin içine kayıveriyor; karanlığın içinde, vadilere, yarlara, dağlara veya uzak sulara doğru nereye gittiğini bilmeden kör bir kuvvetle savruluyordu, bir insan yaşamının bilinmeyen bir kaderin sarp derinliklerine savruluşu gibi..." Geç Ödenen Borç
Bu hekayədə danışılanlarla bəlkə də məktəb vaxtı siz də öz rəfiqələrinizlə yaşamısınız. Zira, bir buz kütləsi olduğumdan mənim bu cür xəyallarla işim olmazdı. Nə isə.. Hekayədə rəfiqələrin güclü bağından, həmçinin birgə qurduqları və uzun müddətdə orda yaşadıqları xəyaldan bəhs olunur. Rəfiqələrdən biri illər sonra o xəyalın içində tapır özünü və təvafuk nəticəsində o xəyalın memarı ilə qarşılaşır. "Bu duygu sana da yabancı değildir eminim, trenle geçerken veya bir doğa yürüyüşünde uzakta bir ev görürsün ve birden, niçin burada yaşamıyorum ki, diye düşünürsün. Burada mutlu olabilirdim. Zaman zaman her insanın bu düşünceye kapıldığına ve bir kez uzun süre bir evden gözlerini ayıramadığında, bu imgenin her çizgisiyle zihnine nakşolduğuna inanıyorum." Kadın ve Yeryüzü Hekayədə oteldə bir-birini tanımayan iki insanın məchul duyğularından söhbət gedir. Ruhsal bir hekayədir. Ani hiss və duyğuların təsviri çox gözəl verilib.