·144 syf.··Beğendi
···Okunma: 21 Şubat 2019 13:30 "Muhammed her zaman Evangelizm'in (Hıristiyanların) üstüne çıkıyor. O, İsa'yı Allah saymıyor ve kendini de Allah ile bir tutmuyor. Müslümanlar'ın Allah'tan başka ilahı yoktur ve Muhammed O'nun Peygamberidir. Burada hiçbir muamma ve sır yoktur."
İlk dəfə bu kitabı görəndə təəccübümü gizlədə bilməmişdim. Yəni, bu adda, həm də Tolstoya aid bir kitab var imiş? Oxuyandan sonra anladım ki, niyə bu kitabın adını eşitməmişəm. Tolstoyun tam olaraq hansı dinə mənsub olduğunu bilməsək də, hər zaman dindar olduğunu bilirdik. Xalq tərəfindən sevilən, hörmət edilən, hamının məsləhət istədiyi bu adam hansı din haqda münasib sözlər yazsa, əlbət xalqın yarıdan çoxu onun etiqad etdiyi dinə yönələcəkdi. Bunu bilən dövlət başçıları da Tolstoya gücləri çatmasa da onun dini ilə bağlı məlumatlarını xalqdan gizlətdilər. Beləcə tam olaraq hansı dinə mənsub olması da, elə bu kitabı da ölümündən 70 il sonra ortaya çıxdı. Bunu da qeyd edim ki, bu kitabın ortaya çıxmasını gecikdirən bir başqa səbəb də olub; o da adı. Kitabın əsl adı: "Hz.Məhəmmədin Qurana girməmiş hədisləri" idi. Sadəcə, Quran məhz Allahın (c.c) sözlərindən ibarət olduğu üçün kitabın adı "Hz.Məhəmməd" deyə dəyişdirilib. Kitabda Yelena Yefimovna (Vəkilova)(İbrahim Vəkilovun yoldaşı) uşaqlarının hansı dini seçmələri ilə bağlı narahatçılıq keçirir və Tolstoya məktub yazaraq ondan məsləhət alır. Bu məktub və Tolstoyun cavab məktubu kitabda verilmişdir. Kitabda Hz.Məhəmmədin (sav) hədislərinin əsl (rusca) halı da var.
Kitabın sonunda bu nəticəyə gəldim ki, Tolstoy, əslində, izah etmək istəyir ki, bütün dinlər eyni qapıya çıxır, ancaq dinlər bir Allah (Tanrı, İlah) ətrafında toplaşmadıqca belə bölünmələr yaranır.
P.s: Tolstoy müsəlman kimi dəfn olunub.