Gönderi

10/10
·163 syf.··
Beğendi
·
2019 15. kitabı
·
3 günde okudu
·
Okunma: 13 Mart 2019 18:30
Kürk Mantolu Madonna "Dünyada bana hiçbir şey, tabiattan melül bir insanın zorla gülmeye çalışması kadar acı gelmemiştir." Kitab çox satılan, çox təriflənən olduğundan tərəddüd edərək alıb uzun bir müddət də rəfimdə qaldı. Nəhayət, aldım əlimə və oxumaq qərarına gəldim. Bütün kitablarım kimi bu kitab da mənimlə çox gəzişdi. Və kitabın son səhifəsini də ağzı açıq bir şəkildə metroda oxuyub bitirdim. Kitab Havranlı Raif Efəndinin gənclik illərində Almaniyaya getməsi və getdiyi sərgidə onu ovsunlayan sima ilə qarşılaşmasından bəhs edir. Tabloda seyrə daldığı və hər gün görmək üçün can ataraq izlədiyi bu sima ilə qarşılaşırmı yoxsa xəyalındamı təsəvvür edir, oxuduqca aydınlaşır. Ancaq uşaqlıqdan zəif xarakterli, sakit böyüyən birisi olaraq Raif çox vaxt əlinə keçən fürsətləri qaçırır və bu da biz oxucuları əsəbləşdirir. Bu qədər həyatına, taleyinə laqeyd yanaşan bir obrazla ilk dəfə tanış olduğuma görə mən də əsəblərimi güclə cilovlayır, hətta bəzən harada olduğuma baxmayaraq mimiklərimlə reaksiya göstərirdim. Əsərdə bir qadın obrazı da diqqətimi cəlb etdi ki, Raif Efəndi ilə müqayisədə tamam fərqli biridir. Açıq sözlü, feminist, ayaqları üstündə dura bilən və realist olan bu qadın obrazı çox xoşuma gəldi. Sabahattin Alidən oxuduğum ilk kitab idi, qələmini sevdim; Axıcı, həyəcanlı və səlis qələmi var. Təkrarçılıqlarla işi çox yoxdur.
Kürk Mantolu MadonnaSabahattin Ali · Yapı Kredi Yayınları · 2025376bin okunma
·
5 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.