Gönderi

10/10
·424 syf.··
Beğendi
·
2019 18. kitabı
·
6 günde okudu
·
Okunma: 30 Mart 2019 18:30
Mən hər zaman bir kitabı və ya filmi(animasiya, serial və s.) təhlil etməzdən əvvəl beynimdə struktur hazırlayıram. Bu səfər də elə edirdim, birdən hiss etdim ki, bu dəfə digərlərindən fərqli olaraq yaman dərdli, yaman kədərli oldu. Xalid Hüseyni kitablarını oxusam da, bu kitab, ondan ilk təhlil olacaq. Ona görə də məhz Xalid bəyin kitablarını oxuyarkən məhzunlaşdığımı belə fərq etdim.. " Və dağlardan səda gəldi " mənə çox şeyi xatırladan, çox yaramı açan iki kitabdan biri oldu. Məni uşaqlığıma aparıb xəyalqırıqlıqlarım ilə dolu sıldırım qayalardan atan kitab oldu. Məni zaman-zaman ay işığında gözyaşlarımla boğmağa cəhd etdi də, ümidlərim aldı caynaqlarından. Dəfələrlə olmayan acıları bütün əzalarımda hiss etdirdi. İlk dəfə məni beləsinə yaralı qoydu getdi. Kimdən başlayım ki, doğru təhlil edim, bilmirəm. "Və dağlardan səda gəldi" kitabı bir-birinə zəncirvari birləşən bir çox həyat hekayəsinin toplusudur. Baş qəhrəmanlar Pəri ilə Abdulladır. Pəri deyən kimi də Şəhriyar yadıma düşür.., Şəhriyarımın da ondan didərgin saldıqları bir Pərisi (Sürəyya) vardı. Oxuyarkən zaman-zaman Nila Vəhdətinin cəsurluğunda, zaman-zaman Nəbinin sədaqətində, zaman-zaman Talianın iradəsində boğulub qaldım. Odeliya Varvaris olduğumu qavradım və oğlu Markosla arasında olanları oxuyub Odi kimi böyüməkdən, onun kimi ana olmaqdan qorxdum. Mən bəzən Rövşanənin beynindən yaşadıqlarını silən sehirbaz olmaq istədim. Kimi zaman da Amra Ademoviç! Mən əsərin qadınlarına qibtə ilə baxdım. Bəzən acıladım Pərini, o yıxılanda isə onunla birgə mən də dizimi büküb yerdə ağladım. Ən çox da Yeni Şadbağın qəhrəmanına çevrilən Babacanın oğlu Adilə üzüldüm. Adilin beynində qurduğu o həyatın duz kimi yerə dağılmağına Qulamla birgə tamaşa elədim. Mən sonda bapbalaca gəlincik oldum; Abdullanın qızı Pərinin qollarında illər əvvəl itən "Abollanın Pərisi" nə qonaq getdim! Sən mənim qəlbimi çox parçaladın, Abdulla.. Sən mənim yaramı çox deşdin, Abdullanın qızı Pəri.. Sən məndə hal qoymadın ki, Abdullanın bacısı Pəri.. Siz Pərilər bir olub Abdullam ilə Şəhriyarımı çox dağladınız.. Kaş başqa cür bitəydi.. Kaş başqa cür olaydı..
Ve Dağlar YankılandıKhaled Hosseini · Everest Yayınları · 202242bin okunma
·
13 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.