·420 syf.··Beğendi
···Okunma: 26 Ocak 2020 22:30 Bir az sehirli, bir az da açıq-aşkaranə yazılmış bir kitabla gəldim: Eşq!
Kitabı bitirdikdən sonra oturub bir az həm yazıçını, həm də kitabı araşdırdım.Çox zəngin bir qapı ilə qarşı-qarşıya qaldım. Kitabı oxuyanların əksəriyyəti oxuyandan sonra özlərini sorğuladıqlarını demişdilər.Haqlı imişlər.Sorğulatdırdı kitab özümü, həqiqi mənada. Kitabı oxuyanda, hətta bitirən də belə qurğu olduğunu bilmirdim. Öyrənəndə çox təəccübləndim, həqiqi həyatdan götürülmə kimi gəlirdi mənə çünki. Baş obrazlar Ella (40) və Azizdir (52). İkisi də fərqli-fərqli dünyaların insanlarıdır.Amma romanın sonunda görürük ki, eşq, fərqə baxmır.Eşq gəldimi, insanın etmərəm, heç vaxt dediyi şeylərin hamısı yalan olur. Ella əsərin əvvəlində eşq üzündən qızı ilə girdiyi söz dalaşında əsərin sonunda məğlub olaraq eşqi doğrulayır. Və bu onun sevindiyi ilk məğlubiyyətdir. Bu məğlubiyyətdə ona bir zamanlar eyni situasiyada (hətta daha yumşaq halda) olanda qarşı çıxdığı, tək qoyduğu qızı dəstək olur.Əsərdə qınamadığım tək obraz yəqin ki, Elladır.Özümdən parçalar tapdığım bu qadın mənə böyük həyat dərsi verdi. Sonlara doğru Ella ilə Aziz qarşılaşmasında Aziz tərəfindən məyus oldum deyə bilərəm.Xəyalımda canlandırdığım adam ilə eyni çıxmadı. Bir xoşuma gəlməyən məqam da qurğunun içində həqiqətən dünyamızda yaşamış dini obrazların olması idi. Mənə qalsa, bu tip obrazların qurğuda yazılması yeni oxucular üçün anlaşılmaz və onlar dini yalnış öyrənə bilərlər.Nəticə etibari ilə mən əsəri oxuduqdan sonra Eşqi seçdim. Eşqsiz yeni bir həyata başlamağın özümə ədalətsizlik olacağını öyrəndim. Eşq qapımı çalıncayadək ruhumu təmizləməyə qərar verdim. 40-cı qayda: "Aşksız geçen bir ömür beyhude yaşanmıştır. Acaba ilahi aşk peşinde mi koşmalıyım mecazi mi, yoksa dünyevi, semavi ya da cismani mi diye sorma! Ayrımlar ayrımları doğurur. AŞKın ise hiçbir sıfata ve tamlamaya ihtiyacı yoktur. Başlı başına bir dünyadır aşk. Ya tam ortasındasındır, merkezinde, ya da dışındasındır, hasretinde."