Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Böyüklər rəqəmləri xoşlayır.Siz onlara yeni dostunuz haqqında danışsanız, onlar əsas məsələlər barədə sizi sorğu-suala tutmayacaqlar.Onlar sizdən heç vaxt soruşmayacaqlar:"Dostunuzun səsinin ahəngi necədir? Hansı oyunları xoşlayır?Kəpənək kolleksiyası edirmi?" Onlar sizdən soruşurlar: "Neçə yaşı var? Neçə qardaşı var? Çəkisi nə qədərdir? Atası nə qədər qazanır? " Yalnız bu suala cavab alandan sonra onu tanıdıqlarını deyəcəklər. Əgər böyüklərə desəniz : "Damında göyərçinlər, pəncərələrində ətirşah çiçəyi olan qırmızı kərpicdən tikilmiş qəşəng bir ev gördüm..." Onlar bu evi təsəvvürlərinə gətirə bilməyəcəklər. Onlara demək lazımdır: "Yüz min franklıq ev gördüm" . Onda böyüklər yerbəyerdən uca səslə deyəcəklər: " Nə qiyamət evdir"
·
4 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.