Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Alıntılar
Deyirsən, dost olaq? Sel aparmış gül bağçasının yerində balaca bir bostan əkək? Yox bacarmarıq... Bizə heç olmaz! Ortada adi bir fırıldaq iş olsaydı, bəlkə də, sən deyən kimi düzələrdi... Ancaq onun da axırı yoxdur... Məhəbbəti dostluq ilə ləkələmək olmaz! Ayrılıq yaxşıdır! -Heç nə təkrar olunmur, Ket. Biz özümüz özümüzü təkrar edirik, vəssalam. - Bu necə məhəbbətdir ki, hər gecə yuxu səni mənim əlimdən alır. Unudun getsin! Dünyada peşmançılıqdan mənasız şey yoxdur. Onsuz da heç nəyi geri qaytarmaq olmaz. Yoxsa, hamımız müqəddəs olardıq. Həyat bizə kamillik bəxş eləməyib. Kamillərin yeri muzeydir! Xosbəxtlik həmişə haradasa lap yaxında olur. Sadəcə olaraq, əyilib götürmək lazımdır... Adam o vaxt azad olur ki, uğrunda yaşadığı şeylərin hamısını itirir… Mənim həyatda arzularım var, belə tez ölmək istəmirəm. Dözüm heç vaxt olmur. Təkcə hər şeyə öyrəşmək mümkündür... Kim unutmasa yaşaya bilər? Elə adam tapılarmı, istədiklərinin hamısını unuda bilsin? Xatirələrin qəlpləri ürəkləri parça - parça eləməzmi? Bu dünyada hər şey üçün yer nə qədər istəsən, var. Təkcə adamlara çatmır. Həqiqətlərlə barışa - barışa da yas saxlamaq olar... Yalnız belə dözmək mümkündür... "Məhəbbət! -deyə ürəyindən keçirdi. - Bu da məhəbbətdir. Lap möcüzədir bu məhəbbət! Təkcə gündəlik həyatın tutqun səması, rəngarəng göy qurşağı deyil, həm də dünyanın ən iyrənc şeylərini gözəllik donunda göstərir... həm möcüzədir, həm də taleyin ən acı kinayəsi!" Heç nə gözləmirsənsə, məyus qalmayacaqsan. İndi fərqi yox idi, istəyir xoşbəxt olsun, istəyir bədbəxt, əsas məsələ o idi iki, yaşayırdı, yaşadığını da bütün varlığı ilə duyurdu və buda ona bəs idi! Unutmaq! Ancaq bu o vaxt mümkün olur ki, dünya insan iradəsinin nuruna boyanmış olsun. - Heç xoşbəxt olmusunuz mu, Ravik? - Çox.. Ç o.. x! - Onu demirəm. Mən əsl xoşbəxtliyi nəzərdə tuturam: özündə olmayasan... Hər şeyi unudasan... Bütün varlığınla onun olasan. Onu xəyalımda o qədər öldürəcəyəm ki, görüşəndə, artıq öyrəşmiş olacağam. Öyrəşəndə adam birinci dəfəyə nisbət çox qətiyyətli, sakit olur. Ravik onu süzdü. "Biz" - ürəyindən keçirdi. Nə gözəl sözdür! Dünyanın ən sehrli sözüdür! Məndən də bir az incimişdi, deyirdi ki, niyə kəsilən ayağını spirt içində konservləşdirib saxlamadım. Elə bilirdi ki, bədəninin dördə birini, yəni kəsilmiş ayağını qəbrə qoyublar. Xəbəri yox idi ki, itlər onu oğurlayıb yeyib. Qəbirlər qorxuya baxmır, ağzını açıb gözləyir, sən də görürsən ki onun içində heç skelet də qalmayıb, hamısı torpağa dönüb. Bu torpaq gələcək məhsulun rüşeymidir, ilk cücərtisidir! Sənin belə şeylərdən xəbərin varmı? Yox sən təkcə ehtirası, həmişə qalib gəlməyi xoşlayırsan. - Demək, iki min!- Düran yenə özü dilləndi - İki min!- Bir də təkrar elədi. Və bunları deyəndə elə kövrəldi ki, sanki doğma vətənə, əziz Allaha, yamyaşıl çəmənilklərə, xınalı kəkliklərə, ulu "Sən Emiliona əlvida deyirdi!- İndi başlaya bilərik? Çeki pul qabına qoydu, bir neçə kitab götürüb, çarpayının yanındakı balaca stolun üstünə yığdı. Onları iki gün bundan qabaqcıl almışdı ki gözünə yuxu getməyəndə oxusun. Bu kitablar da qəribə olmuşdu, Ravik getdikcə mehrini onlara salırdı. Düzdü, onlar hər şeyi əvəz eləyə bilmirdi, ancaq Ravikə çox şeyin verə bilmədiyini bəxş edirdi. Hələ heç vaxt ağacları, evlərin sarı rəngli divarlarını, lap yanındakı bomboz dəmir hasarı, mavi dumana bürünmüş küçəni belə aydın görməmişdi... Hiss elədi ki, bunları heç vaxt unutmayacaq. Və elə həmin andaca bildi ki, Haakeni doğrudan da, öldürəcək və bu, onun şəxsi işi deyil, çox şey deməkdir! Başlanğıcdır... İnsanların bir-birini sevməsi nəyə desən, dəyər! Məhəbbət dünyada olan şeylərin ən möcüzəlisi, həm də ən sadəsidir. Bunu mən bu gün, gecə əriyib çiçək açan kollara dönəndə, küləkdən çiyələk ətri gələndə duydum və bildim ki sevməyən adam məzuniyyətə gəlmiş ölüdür. Onun quruca adı, doğulduğu ayı, ili var, vəssalam.. Sevməyən adam üçün, əslində, ölüm yaxşıdır.
··
101 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.