Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Xosrov əvvəl sordu: "Hardansan, cavan?" Fərhad cavab verdi: "Dost diyarından." Dedi: "O diyarda hansı sənət var?" Dedi: "Qəmi alıb, canı satırlar." Dedi: "Canı satmaq heç ədəb deyil." Dedi: "Aşiqlərdə bu əcəb deyil." Dedi: "Ürəкdəndir çəкdiyin bu qəm?" Dedi: "Ürəк nədir, candan aşiqəm." Dedi: "Əzizdirmi eşqi Şirinin?" Dedi: "Onu candan bilirəm şirin." Dedi: "Aytəк onu gecə görürsən?" Dedi: "Yuxum gəlsə, yatırammı mən?" Dedi: "Qəlbin onu unudar haçan?" Dedi: "Torpaqlarda yatdığım zaman." Dedi: "Qədəm qoysan sən otağına?" Dedi: "Baş qoyaram mən ayağına." Dedi: "Yaralasa gözünü əgər?" Dedi: "O birin də verərəm gedər." Dedi: "Biri ona əl vursa əgər?" Dedi: "Daş da olsa, bil, dəmir yeyər." Dedi: "Əlin ona yetişməz axır?" Dedi: "Ayı gendən görməк yaxşıdır." Dedi: "Varlığını istəsə birdən?" Dedi: "Yalvararaq tez verərəm mən." Dedi: "Кeç, - söyləsə, - başından haman." Dedi: "Başı verib çıxaram borcdan." Dedi: "Dostluğu et özündən кənar." Dedi: "Belə bir iş görərmi dostlar?" Dedi: "Arxayın ol, bu xəyal xamdır." Dedi: "Arxayınlıq mənə haramdır." Dedi: "Gəl əl götür, səbrə ver qərar." Dedi: "Heç can üçün səbr etməк olar?" Dedi: "Səbr etməyin faydası çoxdur." Dedi: "Qəlb səbr edər, qəlbim кi, yoxdur." Dedi: "Hansı qəmdir qorxudan səni?" Dedi: "Ancaq hicran qorxudur məni." Dedi: "Istəyirsən dünyada həmdəm?" Dedi: "Özümü də heç istəmirəm."
Sayfa - 300, 301 / Lider NəşriyyatKitabı okudu
·
5 görüntüleme
Resul okurunun profil resmi
Husrev evvel sordu: "Nerelisin, genç?" Ferhat cevapladı: "Dost diyârından." Dedi: "O diyârda hangi sanat var?" Dedi: "Gâmı alıp, cân satıyorlar." Dedi: "Cânı satmak hiç edep değil." Dedi: "Âşıklarda bu acep, (taaccüp) değil." Dedi: "Yürekten midir çektiğin bu gâm? Dedi: "Yürek nedir, cândan âşıkam." Dedi: "Azizdir mi aşkı Şirin'in?" Dedi: "Onu cândan bilirim şirin." Dedi: "Ay gibi onu gece görüyor musun?" Dedi: "Uykum gelirse, yatar mıyım ben?" Dedi: "Kalbin onu unutur ne zaman?" Dedi: "Topraklarda yattığım zaman." Dedi: "Adım atsan sen otağına (odasına)?" Dedi: "Baş koyarım ben ayağına." Dedi: "Yara açsa gözünde eğer?" Dedi: "Diğerini de veririm gider." Dedi: "Biri ona el sürerse eğer?" Dedi: "Taş olsa da, bil, demir yer." Dedi: "Elin ona yetişemez ki?" Dedi: "Ayı uzaktan görmek iyi." Dedi: "Varlığını isterse âniden?" Dedi: "Yalvararak âcilen veririm ben." Dedi: "Geç, -söylerse,- başından hemen?" Dedi: "Başı verip kurtulurum borçtan." Dedi: "Dostluğu eyle kendinden kenar." Dedi: "Böyle bir iş görür mü dostlar?" Dedi: "Emin ol, bu hayâl hamdır." Dedi: "Emin olmak bana haramdır." Dedi: "Gel çek elini, sabra ver karar." Dedi: "Hiç cân için sabretmek olar?" Dedi: "Sabretmeğin faydası çoktur." Dedi: "Kalb sabreder, kalbim ki, yoktur." Dedi: "Hangi gâmdır korkutan seni?" Dedi: "Yalnız hicrân korkutur beni." Dedi: "İster misin dünyâda hemdem?" Dedi: "Kendimi de hiç istemem."
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.