Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

510 syf.
5/10 puan verdi
·
5 günde okudu
İsra kitabdan hədiyyə olan "Nəhcül-Bəlağə"dən seçmə incilər kitabı ilə gəldim. Nəhcül-Bəlağə, Hz.Əlinin (r.a) qısa xilafəti dövründə buyurmuş olduğu 239 xütbə, 79 məktub və 480 hikmətli qısa sözdən ibarət olan bir kitabdır. Seyid Razi adıyla məşhur olan və böyük "Şiə" alimlərindən sayılan Məhəmməd bin Həsən bu xütbə, məktub və qısa sözləri bir yerə yığaraq qiymətli bir əsər meydana gətirmiş və elə kitaba da bu adı o vermişdir. O, bu qiymətli əsəri 1009-cu ildə qələmə almışdır. Sonda bu əsəri tərtib edən "Heydər Məscidi"nin axundu, Bakı İslam Universitetinin müəllimi Hacı Rüfət Qarayev olmuşdur. Nəhcül-Bəlağəyə böyük ümidlərlə başlamışdım. Taki qadınlarla bağlı yazını oxuyana qədər. Bir Allah da bilir ki, atam belə olsa, qadını pislədiyi an mənim üçün ölüdən bir fərqi olmur. Hz.Fatimə ilə dastansı, iki dünyalıq məhəbbətlərini oxuyub dinlədiyimiz Hz.Əlinin (r.a) qadınlar haqda bu cür ifadələr buyurduğuna inanmıram. İslam, qadınları azad edən, onlara mərhəmət edən, dəyər verən din olub. İslam dininin incilərindən sayılan bu kitabda qadınları alçaltmaq Hz.Əli yox, ondan sonra düzəlişlər edənlərin işidir, məncə. "Qadınların iman və ağıldan payları azdır." deyənlərə səslənirəm; cahillər! Söhbət imandan gedirsə, cinsiyyət ortadan qalxar. Allahu Təala (c.c) buyurur: insanların ən üstünü təqvalı olandır.(Təqvada üstün olanıdır.) Ağıldan söhnət gedirsə də, buna da uyğun bir deyim var: kim başqasının ağlının kəmliyindən danışırsa, öz ağlını qorusun. Qadınları bu qədər alçaltmaqla, əslində, özünüzü təkzib edirsiz, öz quyunuzu qazırsınız. Qadınlara uşaqlarını böyüdüb tərbiyə etməklə mükəlləf olduqlarını deyən kişilər deyilmi? Ağılsız və imansız qadınlara övladlarınızı necə etibar edirsiniz bəs? Yazıq. Qadınları alçaldan "hikmətli sözlər"i (!) çıxsaq, kitabda altı xətlənəcək sözlər də vardı.
Nehcü'l Belaga
Nehcü'l BelagaAbdülbaki Gölpınarlı · Kapı Yayınları · 2016101 okunma
·
131 görüntüleme
Ælvin okurunun profil resmi
Salam, doğrudur Quranda deyilir "Şübhəsiz, Allah yanında sizin ən dəyərliniz ən təqvalı olanınızdır" və eynilə Təhrim surəsində buyurulur (12-13) "Allah iman gətirənlər üçün də Fironun zövcəsini (Asiyə xanımı) misal çəkdi... , Allah iffətini qoruyan İmranın qızı Məryəmi də misal çəkdi..." Belə olduğu halda necə ola bilər ki, qadınları alçatmaq mümkün olsun?! Mənə də çox maraqlı idi bu xütbənin izahı, tapdığım mənbədə yazılana görə, İmam Əli (ə) Cəməl döyüşünün yaratdığı dağıntılardan sonra bu xütbəni edib. Bu döyüşdən çıxan fəlakət (qeyd edim Cəməl döyüşündə 10minə yaxın müsəlman öldü) bir qadının əmrini kor-koranə şəkildə yerinə yetirməyin nəticəsi olduğundan, bu xütbədə qadınların fiziki qüsurlarını və səbəblərini izah etdi. Beləliklə, onların ilki budur ki, hər ayda bir neçə gün namaz və oruc tutmaqdan çəkinməlidirlər və ibadətdən çəkinmək onların iman çatışmazlığının bir dəlilidir (İmam Rıza (ə) buyurur "İman ürəkdə şahidlik, dildə qəbul və əzalarla hərəkətdir"). İkincisi, təbii meylləri zekalarının tam performansını iqrar etməməsidir. Buna görə də fitrən, onlara ancaq hamiləlikdə, uşaq baxımı və ev işləri mövzularında rəhbərlik edə biləcəkləri fəaliyyət dairəsinə uyğun olaraq zəka gücü verilib. Bu ağıl və zəkanın zəifliyi əsasında, Allahın dediyi kimi dəlillərə insanın dəlil statusu verilməmişdir:. . . Öz adamlarınızdan iki kişini də şahid tutun! Əgər (şahidlik edəcək) iki kişi yoxdursa, razı olduğunuz şahidlərdən bir kişi ilə iki qadın (şahid olsun ki), o iki qadından biri unudarsa, digəri ona xatırlatsın ... (2: 282) Üçüncü təbi zəiflik budur ki, onların mirasdakı payı, Quranın buyurduğu kimi kişinin mirasdakı payının yarısıdır: Allah sizə övladlarınız barədə əmr etmişdir. Kişi iki qadının payına bərabərdir ... (4:11) Mirasdakı payının yarısı olmaq səbəbi onun təminatının məsuliyyətinin kişinin üzərində olmasıdır.
Maharram Akperov okurunun profil resmi
salam, qadınları alçaldan hansı ifadələr var idi kitabda?
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.