Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

112 syf.
10/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Kitabın arxasında İsmayıl Həqq yazır ki; 'Cavidi tənqid üçün ikinci bir Cavid lazımdır ki, o da bizdə yox kimidir.' Elə İsmayıl bəyə haqq qazandıraraq mənim də tənqid etmək kimi bir fikrim olmadığını bəyan etmək istəyirəm. Hər əsəri təhlil edə bilərəm, amma düşünürəm ki, söhbət Azərbaycan ədəbiyyatından gedirsə, onda bu bacarığım uğurlu alınmayacaq. Çünki o qədər hopub ki, köhnə ədəbiyyatımız, nə yazsam cümlələrimin oxuduğum ədəbiyyat kitablarındakı cümlələrə bənzəyəcəyindən qorxuram. Məktəb illərində istər dərsliklərdən, istərsə də kitabxanadan çox oxumuşam ədəbiyyatımızı. Hüseyn Cavidin 'İblis' əsərini ilk dəfə 11-ci sinifdə oxuyub, Cavidin qələminə, təxəyyülünə, ruhuna heyran qalmışdım. İndi də, ikinci dəfə oxuduğum zaman da eyni hisləri keçirdim. Bildiyiniz kimi buranı özüm üçün işlədirəm, ona görə də təhlili də yazmaq kimi borcum yoxdur deyə özümə narahatçılıq vermədim. Ümumiyyətlə, 'İblis' əsərini təhlilə ehtiyac görmürəm. Belə hesab edirəm ki, bu əsərin məğzini başa düşməyən olmaz. "İblis nədir? - Cümlə xəyanətlərə bais... Ya hər kəsə xain olan insan nədir? - İblis!.."
İblis
İblisHüseyn Cavid · Qanun Nəşriyyatı · 2019649 okunma
·
391 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.