Gönderi

68 syf.
9/10 puan verdi
"Biz hamımız Qoqolun Şinelindən çıxmışıq"-Dostoyevski Kiçik həcmli olsa da özündə böyük anlamlar daşıyan əsər...️ Əsərin baş qəhrəmanı kiçik dövlət məmuru Akaki Akakiyeviçdir. İş yoldaşları tərəfindən həmişə alçaldılan Akaki Akakiyeviçin vəzifəsi sənədlərin üzünü köçürməkdir.İşini çox sevən bu məmur çox qəribə bir adam idi.Məsələn yemək yeyərkən o doyduğunu hiss etmirdi,və yalnız qarnının şişdiyini gördüyü zaman doyduğunu anlayırdı. :D Akaki Akakiyeviş bir soyuq qış günü yolda hiss edir ki,onun şineli sıradan çıxıb(süzülüb) və onu isti saxlamır.Dərzinin yanına gedir və ondan şinelini tikməsini istəyir.Lakin dərzi ona bu şinelin düzələ biləcək halda olmadığını bildirir.Akaki Akakiyeviçin yeni şinel almaqdan başqa çarəsi qalmır.Lakin onun pulu yenisini almağa yetmir.Buna görə o qarşısına məqsədlər qoyur.Axşam içdiyi çaydan,yeməkdən günlərcə özünü uzaqlaşdırmağa çalışır ki,pulunu yığıb şinel ala bilsin. Ehh hardan bilə bilərdi ki,bu şinel ona nə bədbəxtliklər gətirəcək ...( Kitab çox fərqli bir sonluqla bitdi... Oxumağınızı tövsiyə edirəm️ Həm çox axıcı həm də qısa həcmli olduğundan əsəri oxuyub bitirmək üçün 1-2saat belə sizə bəs edər.) Xoş mütaliələr
Şinel
ŞinelNikolay Gogol · İdiot Yayınevi · 201837,4bin okunma
·
41 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.