Gönderi

10/10
·272 syf.··
Beğendi
·
2020 18. kitabı
·
4 günde okudu
·
Okunma: 09 Mart 2020 20:00
Müsbət mənalı sözlər arxivi; Hikmət Anıl Öztəkindən oxuduğum son kitabı idi. Oxuyarkən öyrəndiyim yeni alıntılar bir yana, təxmini 160-170 kitab adı da çıxarıb siyahıya aldım. Kitabları siyahıya alarkən pis olmadım deyil. Hardasa, o kitabların altısını oxumuşdum çünki. Amma müsbət, zərif kəlmələr və onları daha da aydınlaşdırmaq üçün min bir fərqli kitabdan seçilmiş sitatlar kefini açmağa xeyli tələsdi. Kitab haqqında fərqli bir şey yazmayacağam yəqin ki. Sadəcə, mən də yeri gəlmişkən bu zərif kəlmələrin niyə lazım olduğundan danışmaq istəyirəm. Əziz oxucular, belə düşünürəm ki, insanları incidən hərəkətdən daha çox iki dodaq arasından çıxan yüz dəfə fikirləşib bir dəfə çıxardığımız kəlmələrdir. Sərnişin daşıyan nəqliyyat vasitələrində, alış-veriş mərkəzlərində, təhsil müəssisələrində, habelə evlərimizdə kəlmələrimizə fikir verək. Çox qarşılaşdığım və incidiyim bir neçə kəlməni sadalamaq istəyirəm: 1. Ay qız (nəqliyyatda, yolda/əvəzləyicisi-xanım, qızım) 2. Gəl, otur (nəqliyyatda/əvəzləyicisi-əyləşin) 3. Keç də (nəqliyyatda/əvəzləyicisi-zəhmət olmasa, keçin.)  ∞ ∞ ∞ ∞ ∞ ∞ ∞ ∞ Daha çox sayardım da, yazanda belə əsəbləşirəm. Son olaraq, ailədəki xitablara, kəlmələrə toxunmaq istəyirəm. Həyat yoldaşınızı (cinsindən olmayaraq) gözəl, məhəbbət dolu xitabla səsləməkdən çəkinməyin, bu ədəbsizlik deyil. Ədəbsizlik, çal-çağırla etdiyiniz toyun səhərisi o həyat yoldaşına "Az! Ə..!" deyə çağırmaqdır. Övladlarınıza ağız dolusu "Oğlum! Qızım! Övladım, balam!" deməkdən çəkinməyin, eləcə də digər ailə üzvlərinizi. Unutmayın, hamınız günün birində torpaqdan yorğanlarla tanış olacaqsız. Haradan bilə-bilərsiz ki, o gedər-gəlməzə aparan yorğanlar bu gün "köpəkuşağı!" dediyiniz övladınızın yaxud "az, ə!" dediyiniz həyat yoldaşınızın, valideynlərinizin, sevdiklərinizin üstünə atılmayacaq?! Sağlığında qiymət verin!
Sufi SözlükHikmet Anıl Öztekin · Hayykitap · 20181,298 okunma
·
11 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.