Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

446 syf.
8/10 puan verdi
Salam yoldaşlar. Sizə bu dəfə Uilyam Folknerin - Avqust işığı romanından danışmaq istəyirəm. Pulitzer və Nobel mükafatlı Folknerin bu əsərində siz bir neçə personajın həyatının dərinliklərində özünüzü tapırsız. Əsəri oxuyarkən insanlığın düşə biləcəyi ən qəribə, ən iyrənc hallarla qarşılaşmaq olur. Qaradərililərə qarşı irqi ayrı seçkilik isə möhtəşəm təsvir olunub. Əsərdə siz uşağının atasını axtaran Lina, ona köməy etməyə çalışan Bayron Banç, avara sərgərdan həyatı keçirən Co Braun və ya Lukas Berç, zənci adlandırılıb həmişə uzaqlaşdırılan Kristmas və digər personajların həyatını yaşayırsız sanki. Şiddətli şəkildə oxumağı tövsiyə edirəm. İrqi ayrı seçkiliyin belə mükəmməl təsvir olunduğu bir əsərlər hələ rastlaşmamışdım. Mən bilən, qadınlar xeyirxah olmaqdan daha çox gözəldirlər. Kişilər- bəlkə də, qadınlarsa- yanlız çirkin qadın xeyrxahlığa ehtiyacı olan digər qadına yaxşılıq eləyər. Bütün qadınlar belədi. Bunun özü elə fürsət düşən kimi öz doğma bacısının ayağını qazıyar, amma bax, tək-tənha, heç nədən utanıb çəkinmədən el yolunda sərgərdan gəzir. Çünki bilir ki, insanların. Kişilərin ona yazığı gələcək. Qadınlar vecinə də, deyil. Zira bunu- ‘yük’ belə adlandırmaq istəmədiyi şeyi onun başına qadın gətirməyib. Bəli belədi qardaş. Bunlardan biri ərə getdimi, yaxud ərə getməmiş belə bir yükə sahib oldumu, dərhal qadın irqindən uzaqlaşıb, ömrünün axırına kimi kişi tayfasından yapışmağa can atır. Elə buna görə də, onlar tənbəkiyə meyllənir, siqaret çəkir və tütün iyləyit, elə buna görə də, səs vermək hüququ tələb etməyə başlayırlar. Kişi, Bütün kişilər. Yaxşılıq eləmək üçün əlinə düşən yüz fürsəti, bir dəfə ilişmək, istənilməyən yerə, istənilməyən şeyə ilişmək fürsətini bada verəcək. Zəngin olmaq, ad-san qazanmaq, xeyirxah iş görmək, bəzən hətta ziyankarlıq etmək üçün qarşısına çıxan istənilən fürsəti, istənilən imkanı gözü görməyəcək , əldən verəcək. Amma ilişmək fürsətini əldən buraxmayacaq. -Allah özü hər şeyin ədalətli olmasının qayğısına qalacaq. İnsanın adı, sadəcə, onu başqalarından fərqləndirməyə xidmət edən bir səs, bir işarə deyil, həm də o adamın nə törədəcəyinin müjdəçisi ola bilər. Pis şeylər yanlız pis qadınları yolundan azdırır, yəni pis şeylər yaxşı qadını yolundan azdıra bilməz, əgər o yaxşıdırsa, deməli, nə özünün, nə də başqasının yaxşılığına heç bir ehtiyacı yoxdur. Çünki günahin iyini duymaq üçün onun həddən artıq vaxtı və zamanı var. Deyirlər yanlız təcrübəli yalançılar adamı aldada bilir. Amma təcrübəli, vərdişkar yalançı çox vaxt yanlız özünü aldadır. Bütün həyatı boyu düzlük qandalının buxovunda gəzən adamın yalanına isə daha asan inanırlar. O, da elə bütün qadınlar kimidir. İstər 17, istərsə də, 47 yaşları olsun bir kişiyə təslim olmaq vaxtı yetişəndə onların heç biri uzun uzadı zəvzəmədən ötüşə bilmir. Niyə sən əvvəlki kimi o biri uşaqlarla bir yerdə oynamırsan? Ona görə ki, sənə zənci deyirlər? Sən ona görə özünü zənci hesab edirsən ki, Allah sənin sifətində bunu işarə edib? O isə cavabında dedi: Allah da zəncidir?!.. Eh kişilər, elə buna görə də qadınlar sizə qarşı bir qədər səbrsizdilər. Siz heç şıltaqlığım da həddini bilmisiniz. Hədd isə düzünə qalsa, üskük kimi bir şeydi. Əgər siz kişilər kömək üçün özünüzə qadın tapmasaydınız, heç 10 yaşına çatmamış hamlnlzl bir nəfər kimi cənnətə aparardılar. Bu adam yalandan qorxuram deyəcək qədər həyasızdı, bir vaxtlar qorxmadan yalan danışdığı kimi Axı bu dünyada insanın bütün günahı, bütün məsuliyyəti Allahın üstünə yıxa bilmədiyi hallar da olmalıdır. Hökmən olmalıdır.
Ağustos Işığı
Ağustos IşığıWilliam Faulkner · İletişim Yayınevi · 2017249 okunma
·
228 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.