Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Səadət nədir?
Nəsir Sadıqzadə'yə Səadət nə demək?.. - bu sualla mən Özümü çox yordum, tapa bilmədim. Səadət nə demək?.. Bir tələbəykən, Məktəbi axıra vurmaqdır, - dedim. Məktəbi bitirdim, işə də girdim Səadət bu mudur? Yox, bu deyilmiş! Böyük dahiləri oxuyub gördüm Çoxları sevgini səadət bilmiş. Sevdim! Gecə-gündüz yandım şam kimi İztirab... Göz yaşı... Min qan, min qada. Tapmadım yenə də səadətimi, Eşqin əzabları şirin olsa da... Evləndim, həsrətə son qoymaq üçün, Qurtardı o şirin iztirablar da. İndi də, qayğılar artdı gün-bə-gün Dedim: - Ay səadət, hardasan, harda? Səadət üfüqmüş... əl çatmaz ona, Aydın görünsə də o, bizə gendən. Arzular sığışmır onun yoluna, Səndən uzaqlaşır yeridikcə sən.
10 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.