Gönderi

10/10
·196 syf.··
Beğendi
·
2020 23. kitabı
·
26 saatte okudu
·
Okunma: 28 Mart 2020 20:00
Zülfü Livaneli ilə tanış olduğum möhtəşəm kitab. İlk dəfə idi oxuyaraq deyil, dinləyərək bir kitabı bitirdim. Vaxtında paylaşılan bir təhlil deyil, ancaq bu gərgin zamanlarda tənbəllik edib küfləndirdiyim təhlilləri paylaşacam. Edəcək bir şey yox. Ancaq bu kitab üçün darıxdığıma görə yenə dinləyib, elə gəldim üstünüzə. Açıqlamaları bitirdikdən sonra təhlilə keçim artıq. Hər kəsdən uzaq qalan, heç kimin çox bilmədiyi ada və o adada qalan məhdud sayda insanlar. Keçmişlərini geridə qoyub gələn, təzə səhifə açan insanların yaşadığı yer. Ancaq bir gün adaya gələn yeni qonaqlar hər şeyi tamam dəyişir. Sakit, huzurlu adanın heyvan qətliamlarının olduğu, insan haqlarının tapdalandığı bir xarabaya çevrilməsinin şahidi oluruq. Obrazların əsərdə təhkiyəsi o qədər maraqlı, süjet xətti o qədər axıcıdır ki, kitabı bircə günə də bitirə bilərsiniz. Kitabda ən sevdiyim obraz yazıçı idi. Yazıçının timsalında 37-ci ilin repressiya qurbanları olan Azərbaycan ziyalılarının prototipi olaraq gördüm və daha çox sevdim. Təbii, 80-ci illərdə də Azərbaycanda baş verdiyi kimi qaymaq təbəqəni vəhşicəsinə təmizlənməsi də uyğun ola bilər. Şüuraltına manipulyasiya məqsədi ilə yazılan çox nüanslar var idi, diqqətlə oxumağınız və ya mənim kimi dinləməyiniz diləyi ilə.
Son AdaZülfü Livaneli · Doğan Kitap · 201362,1bin okunma
·
6 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.