Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Qadın getmir əslində. Onu kişi öz əli ilə göndərir. "Get" demir amma getməsi üçün əlindən gələni edir. Nə vicdanı var, nə mərhəməti. Verdiyi sözlər içi boş, yaşatdığı xoşbəxtliklər içi çürük. Qadın dözürsə sadəcə ümid edir. Ehh necə xəyalpərəst qadınlar yetişdirdi bu kişilər. Xəyal et ki, xoşbəxt olasan. Yaşamaqdan daha keçib. Qadın da ili ilə caladı, susdu,ağladı,getdi sonra geri döndü. İncindi və hər küskünlükdə gözü qaldı könül almalarda. Kişi nə etdi? Bir sığalı belə çox gördü. Əli başqa saçlarda gəzdi. O gəzdikcə qadın da getdi. Ruhu getmiş qadının bədəninə hesab sormayın. Bir gün o bədən də gedəcək bilirəm. Boğaza yığılan canın başqa şansı yoxdur. Bir gün qadınlar baş qaldıracaq onu da bilirəm. Gözləri açıldıqca onları avam etməyə çalışan kişilərə meydan oxuyacaqlar. Bəli, onlara qudurğan, harınlamış, həyasız və azmış deyəcəklər. Amma Qadın özü bilir. Özü özünü bilir. Bilir ki, əslində azdırıldığı yoldan dönüb özünə qayıdır. Qadın evdir. Qadın öz evinə qayıdır.”
·
3 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.