Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

68 syf.
8/10 puan verdi
Əzizlərim, salamlar.🤍 Anketin nəticəsinə görə Stefanın qələmindən bir kitabın təhlilini paylaşmağım qərarına gəldik sizlərlə birlikdə. Stefandan indiyə qədər 5 kitab oxumuşam və bəlkə gələcəkdə Stefan kolleksiyaçısına da dönüşə bilərəm. O qədər sevirəm bu yazarı. Ən sevdiyim əsərlərindən biri olan "Yad qadının məktubu" bugünkü təhlil edəcəyim əsərdir. İlk öncə qeyd etmək istəyirəm ki, məncə bu əsəri hər qadın və kişi , hər insan oxumalıdır, cinsiyyət fərqi olmadan. Əsərin mövzusuna gəldikdə isə məşhur bir yazıçı R. və bu bir qadının bu yazıçıya olan eşqindən danışılır. Lakin bu, bəsit bir eşq deyil. Oxuduqdan sonra adam qəribə düşüncələrə qapılır. Nə yazsam spoiler vermərəm deyə düşünürəm. Elə bir eşq düşünün ki, qadın bir ömrünü o eşqə həba edir. Qarşılıqsız və güclü bir eşq. Elə güclü ki, qadının bütün qürurunu sındırsın və qadın bütün acizliyi ilə eşqinə özünü, qəlbini, ruhunu, bədənini, həyatını , acılarını, sevincini, kədərini , iztirabını, yaxşı, pis bütün hislərini həba etsin. Bir çoxları əsəri oxuyarkən qadının acizliyinə əsəb olsa belə, mən daha çox kişinin bu qədər vecsiz və hər dəfə inadla xatırlamamasına sinirləndim deyə bilərəm. Eşq elə güclü bir hisdir ki, o sizi öz əsarəti altına salır, eynilə yad qadını saldığı kimi. Və bu yad qadının sevgisi özünə iztirabdan əlavə kitab oxumaq kimi möhtəşəm bir hobbini qazanır, sırf sevdiyi kitab oxumağı sevir deyə və bilmədiyi bir çox şey öyrənir eşqinə həba etdiyi bu həyatı boyunca. Yad qadın qürurlu olmaqdan başqa hər şeyi öyrənir son nəfəsinəcən. Sizlər də oxuyun, əzizlərim, bu əsəri. Oxuyun və oxutdurun. Bəlkə siz də yazıçı R. kimi bir eşqi soldurursunuz, bəlkə siz də yad qadın qədər sevirsiniz. Əsərin əsasında çəkilmiş 2 filmi var və mən birini izləmişəm. Filmin son səhnəsi məni lap hüznləndirdi. Amma kitab daha möhtəşəm idi hər zamankı kimi
Bilinmeyen Bir Kadının Mektubu
Bilinmeyen Bir Kadının MektubuStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 2022224,7bin okunma
·
26 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.