Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Abdulla Şaiq
BİR QURU SALAM Qorxma susmağımdan, ay ürək param, Nəyinə gərəkdi bir quru salam? Verməsəm dağılan deyil ki, dünyan Mən ki həsrətinlə hələki sağam. Gülümsə gözlərin görməsin qəmi, Unut olanları olmamış kimi. Daha mən də yoldan ötən bir yadam Nəyinə gərəkdi bir quru salam? Bir sevgi kəlməsi gizlənəcəksə, Sənə verəcəyim hər salamımda Sevgim gizlənməkdən hey bezəcəksə, Nəyimə gərəkdi bir quru salam…
Abdullah Şaik
Abdullah Şaik
··
24 görüntüleme
Nübar okurunun profil resmi
Bu gün mən səni gördüm, Salam vermək istədim, Üzünü yana tutdun. Söylə, illərdən bəri, Qəlbimizin bir duyub Bir vurduğu illəri, Axı nə tez unutdun? Beş ildə gözümüzdən axan o qanlı sellər, Bir salama dəymədi? Həyəcanla, fərəhlə, qəmlə dolu o illər, Bir salama dəymədi? ... Qazancımız de bumu? Deyilməmiş o salam əlvidamız oldumu? Sən mənə zülm eylədin, mənə zülm yaraşır, Bir salama dəyməyən eşqə ölüm yaraşır. Bəxtiyar Vahabzadənin "Bir salama dəymədi" şeiri düşdü yadıma
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.