Gönderi

Tənqidi yanaşma...
6/10
·192 syf.··
2020 115. kitabı
·
3 günde okudu
·
Okunma: 16 Nisan 2020 16:04
"Simyacı" əsərini bədii cəhətdən təhlil etmək istərdim. Çünki əsərdə baş verənlərin təhlilini verməli olsam, çatışmazlıqlar olmasına baxmayaraq gərək ki, hamı kimi əsəri tərifləyim. Bu əsər didaktik (tərbiyəedici) tərzdə yazılmışdır. Realist yox, romantik üslubdadır. Çünki adi həyatda insanı arzularından əl çəkməməyə nə adi insan cildinə girmiş şah, nə də ki daş cildinə girmiş varlıq bizə yol göstərmir. Əsərdə rupor üsulundan istifadə edilmişdir. Yəni, yazıçı demək istədiyi fikri hansısa obrazının dili ilə pafoslu şəkildə oxuyucuya çatdırır. Bu da bədii əsər üçün ən böyük nöqsandır. Düzdü, əsəri oxuduqca yazıçının insana aşılamaq istədiyi fikirlər böyük məna kəsb edir. Amma bədii əsər olduğu üçün bu da onun bir nöqsanı sayılır. Çünki ədəbiyyat insana həyatı göstərməlidir, amma həyatda necə yaşanmalı olduğunu öyrətməməlidir. Yazıçı kişisel gelişim, ya da fəlsəfə haqqında bir kitab yazmış olsaydı, təbii ki bu, nöqsan sayılmazdı. Amma yenə də oxumağa dəyər.... Xoş mütaliələr....
Felsefe
SimyacıPaulo Coelho · Can Yayınları · 2024246,5bin okunma
··
1 +1'leme
·
287 Gösterim
5 Yorum
Lütfen giriş yapınız.
Gözlərim yaşardı həqiqətəndə 😅. Siz mükəmməlsiniz Zeynəb xanım. Bu əsər o qədər doğmadıki mənə 🥺
Yaa sevirəmdə aslan bürclərini birdə sənj 😍😍
"Çünki ədəbiyyat insana həyatı göstərməlidir, amma həyatda necə yaşanmalı olduğunu öyrətməməlidir" məncə də
Gözəl ifadə etmisən, sevdim. Xoş mütaliələr 😊
Abartıldığı gibi bir kitap değil bence