Gönderi

Tövsiyə olunan kitablardan...
Puan vermedi·198 syf.··
2020 131. kitabı
·
10 saatte okudu
·
Okunma: 28 Nisan 2020 01:15
1943-45-ci illərin hadisələrini adi insanların həyat tərzi ilə kiçik bir detallarla oxucuya çatdıran təsirli bir əsərdir. O hadisələr ki Hitler yəhudilərə qan uddururdu... Əsərin ilk baş qəhrəmanı Bruno varlı ailənin uşağıdır. İkinci obraz isə onunla eyni yaşda olan Shmueldir. Əsəri süjet baxımından 2 yerə bölmək olar. Birinci hissə Brunonun ailəsinin Berlindən yeni evlərinə köçməsinə qədər olan hissə, ikinci hissə isə onun Shmuel ilə tanışdığı epizoddan başlayır. Bruno da, Shmuel də iki ayrı dünyanın uşaqları olmasına baxmayaraq bir-birinə dost kimi bağlanan uşaqlardır. Bruno ailəsindən gizli şəkildə Shmuel ilə görüşürdü, çünki Shmuel yəhudi idi. Uşaq qəlbi böyüklərin kibrli əmməllərini mənimsəmədiyi müddətcə çox safdır. Brunonun ailəsi varlıdır, amma atanın işi çox olduğundan övladlarına vaxt ayırmır, evdə rəsmiyyət hökm sürür. Uşaqların istəyini, düşüncələrini nəzərə alan yoxdu. Hətta yazıçı arada olan soyuqluğu göstərmək üçün bir çox dialoqlarda "babası dedi" əvəzinə "baba dedi" və ya "babam gəldi" yerinə "baba gəldi" kimi ifadələr işlədib. Təbii ki əsərin əsas obrazı olan Bruno da ailədə uşaqların istəklərinə məhəl qoyulmamasına, atalar yalnış bir şey etsə də, ata olduğu üçün doğru kimi qəbul edilməsindən elə də məmnun deyil. Romanın çatışmazlıqları da var. Birinci çatışmazlıq yazıçının hadisələri canlandırmaqda uğurlu olmadığıdır. Bəzən yazıçı sanki əsəri danışıb keçir, bəzən də canlandırmağa səy göstərir. İkinci çatışmazlıq isə əsəri neyrolingvistik baxımından təhlil edəndə ortaya çıxır. Neyrolingvistika odur ki, bir əsərdə yazıçı uşaq obrazı canlandırıbsa, uşaq nitqinə şüuruna aid cümlələr istifadə etməlidir. Burada Bruno bəzən adi sözlərin mənasını bilmədiyi halda, bəzi yerlərdə böyüklərlə danışanda böyük insanların nitqinə aid olan cümlələr istifadə edir. Və bu da uyğunsuzluğa səbəb olur. Xoş mütaliələr....
Felsefe
Çizgili Pijamalı ÇocukJohn Boyne · Tudem Yayınları · 202150,6bin okunma
··
171 Gösterim
2 Yorum
Lütfen giriş yapınız.
Çok hüzünlü filmi de çok güzel 👍
Bu kitabın filmini izlemiştim masumiyetin ve savaşın çocuklar üzerindeki anlamsızlığını anlatıyor. Sıcak ve bir okadar da yürek burkan bir hikaye ... izlenmesi gereken güzel bir film. dialoglar biraz eksik kalsada konu güzel ve mesajı yerine ulaştıran bir yapım. İzlemenizi tavsiye ederim ... ileriki zamanlarda bende kitabı okumayı düşünüyorum...