Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

312 syf.
4/10 puan verdi
·
18 günde okudu
(çox qüsurlu təhlil) Əli Şəriətinin kitablarını oxuyanda onun ən çox tənqidçi olmasınına görə seçirdim. Amma bu kitabdakı tənqidlər o qədər həddindən artıq idi ki, hətta bir yerdən sonra təhqirə də bənzəyirdi. Fikir bildirmək normaldır, amma digər fikirlərə olan hörməti saxlamaq şərtiylə. Şəriəti bu kitanda təlqin etmək istədiyi fikirlər vur-çıx 4-5 dənə idi, hamısının da bünövrəsi eyni. Amma o qədər uzadaraq və ‘düz’ fikrindən başqalarına qınaq ataraq davam edir ki, mövzulara bir yerdən sonra ‘yaxşıı’ deyirsən. Kitabın seminarlardan alınmış olması adama bir qram səbirli olmağa icazə verir, bu mövzuları bu söhbətlərlə birbaşa kitab kimi yazsaydı, güman ki, yarısında atardım. İstifadə etdiyi cümlələrin bəziləri demək olar ki, eyni idi. Kitab eyniklər və təkrarla doludu. Bir də Şəriətinin hər şeyin düzgününü bir o bilmiş kimi iddiaları :) Din cəhətdən isə çox qüsurlu idi. Bəzi İslami fikirləri öz düşüncəsinə görə ifadə edirdi, amma elə olmadığını bilirik. İstifadə elədiyi təşbehlər də həmçinin, əslində, elə deyil, o elə görür. Kitab bir yerdən sonra axıcılığı o qədər itdi ki, zorlayır adam özünü , son 10-15 səhifədə mövzu biraz normallaşır
Özünüdərk və Eşşəkləşdirmə
Özünüdərk və EşşəkləşdirməAli Şeriati · Parlaq İmzalar · 20181,078 okunma
·
44 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.