Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

"Kafkanın çevrilmə əsərində heyvanlaşan həyat anlayışını neçə adam anlaya bildi ki, onun intihar etmək üçün səylərini neçəmiz düşündü ki, yoxsa xəstə bir şəxsiyyətimi oxuyurduq? neçə adam incəsənət adı altında Motsartın sarayda qızların arxasınca qaçarkən krala yaxalanmasını bilir? Qız qışqıraraq qaçarkən Motsart da onun arxası ilə qaçırdı. Üstü başı dağınıq, özünü itirmiş bir halda kralı qarşısında görəndə susmaq yerinə krala bunu demişdi: "Mən bayağı biriyəm amma yazdığım əsərlər bayağı deyil." Sveyqin, "Tanrının biləklərindən tutdum" deyəndə, " taleyimə mən hakiməm" demək istədiyini. Hüqonun eşqbaz olduğunu, Dostoyevskinin qumar aludəçiliyini, Balzakın fırıldaqçılığını, Po'nun əyyaş olana qədər içdiyini, "sən sərxoş yazırsan?" dedikləri zaman, neçə adam üzündə meydana çıxan sənət anlayışı ilə həyatının arasındakı uçuruma özünü qoydu? tarix dəliliklə doludur, neçə adam bu dəliliklərin arasında səyahət eləmək istəyər? "Gecənin məhrəmiyyətini anladım" deyəndə Artur Rembonu neçəmiz anladı, Verleynin qorxularının ona yatmağa imkan vermədiyini, Nitşe otel otağında qusuntu içində ölərkən yanında heç kimin olmadığını, Millerin arvadını satdığını belə bilmirik bəlkə də ... Qorki kimi yaza bilmək üçün on ilimi qurban verərəm deyə bilən neçə dəli var aramızda? Dekartın "Fəlsəfənin prinsipləri" əsərini yazdıqdan sonra təbəssüm içində öyünərək qəhvəsini qurtumladığını, öz romanında təsvir elədiyi obraza hər kəsdən əvvəl özü inanan Qoqol kimi, neçə adam var fantaziyasına güvənən? Tarix dəliliklərlə doludur. Cipolanın iqtisadiyyat tarixinə meydan oxuduğunu belə unutmuşuq. İbn Sinanın "tibbi üç kəlməyə sığışdırıram" dediyi zaman təkəbbürlü halını, Fərabinin xoşbəxtlik nəzəriyyəsini qələmə alarkən bədbəxt olduğunu neçəmiz düşündü? düşüncələrin təhlükəli ola biləcəyini belə kralların döyüşdə məğlub olduğu zaman anladığını, qardaş davaları kölgəsində sakitçiliyi, neçə adam həqiqətlərin bizim düşündüyümüz kimi olmadığını bilir? Tarix dəliliklərlə doludur. Sənət anlayışlarını həyatları ilə müqayisə etdikdə neçə sənətkar, neçə yazıçı, neçə şair həyatını ağlımızda xəyal etdiyimiz şəkildə yaşadı? Mən incəsənət dəlilik istəyir demirəm, amma, sənətçi dəli ola bilər " Mişel Fuko (İng. Michel Foucault)
·
34 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.