Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Uşaqlıq
"Mənim ağlıma gəlməmişdi ki, yazıq İlenka bədəninin ağrısından çox, bəlkə də ona xoş gələn beş oğlan uşağının heç bir səbəb olmadan ona nifrət etmək və onu qovmaq qərarına gəlmələrinə görə ağlayırdı. Mən öz hərəkətimin amansız olduğunu heç bir vəchlə özümə izah edə bilmirəm. Necə olmuşdu ki, mən ona yaxınlaşmamış,onu müdafiə etməmiş və ona təsəlli verməmişdim? Yuvasından yerə atılmış dolaşa balasını və ya hasarın dalına atmaq üçün aparılan küçüyü, aşpaz arvadın şorba bişirmək üçün kəsdiyi toyuğu gördükdə məni hönkürtü ilə ağlamağa məcbur edən o mərhəmət hissi necə olmuşdu? Doğurdanmı, Seryojaya olan məhəbbətim və Seryojanın qarşısında onun özü kimi qoçaq görünmək arzum məndəki bu gözəl hissi öldürmüşdü? Bu məhəbbətim və qoçaq görünmək arzum axı elə böyük bir şey deyildi? Bu məhəbbətim və arzum mənim uşaqlıq xatirələrimin səhifələrinə yeganə qara ləkələr salmışdır."
Sayfa 82 - Şərq-QərbKitabı okudu
·
43 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.