Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

252 syf.
10/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
Teomanı ilk dəfə nə zaman dinləmişəm sualı ilə başlamaq istədim kitab haqqında rəyimə və anladım ki, həyatımın bütün mərhələlərində Teoman olub. Yeniyetməliyimdə, ilk dəfə aşiq olanda, ayrılanda, dostlarla küsəndə, depresiyada olanda, çox sevinəndə, çoxdan arzuladağım nəyisə həyata keçirəndə. Kitabı təsadüfən tapdım, açığı yenə Murat Menteş`in kitablarını tapmaq ümidi ilə kitab mağazasında idim. Əlimə topladığım kitabları bir kənara qoyaraq, əlbəttə bunu alacam deyib kassaya qaçdım. Kitabı oxuduqca Teomanı niyə bu qədər sevdiyimi daha yaxşı başa düşdüm. Teoman deyir ki, hansısa müəllifi sevməyimizin səbəbi izah etmək istədiyimiz hissi bizdən yaxşı izah etmiş olmasıdır. Teomanın sosiologiya məzunu olub (Boğaziçi Universiteti) bu qədər feminist fikirlərə sahib olması (hətta magistr təhsilini İstanbul Universiteti-Qadın Araşdırmaları mərkəzi`ndə çizgi romanlarda qadınlar mövzusunda tezis mərhələsinə qədər oxuyub) məni bir qədər təəccübləndirdi. Uşaqlıqdan utancaq, ikili münasibətlərdə çox da fəal olmayan Teoman yaşı artdıqca da əsas vaxtını kitab oxuyaraq keçirirmiş. Çox maraqlıdır ki, hər ikimiz sevdiyi yazıçılar ortaqdır: Albert Camus, Remarque, Hemingway, Oğuz Atay, Alis Munro, Oktay Rıfat, Ahmet Erhan və digərləri. Odur ki, düşünürəm ki, bəlkə də onu bu qədər sevməyimin bir digər səbəbi də bu sadaladığım eyniliklərdən gəlir. Teomanın da kitabı boyu oxucuya çatdırmaq istədiyi bir şey var ki, 13 yaşından rock ulduzu olmaq istəsə də daim olduğu kimi qalmağa cəhd edir, odur ki, çoxlu depresiyalara, ruh düşkünlüyünə, psixoloji çətinliklərlə rastlaşır. Teomanın filmləri olduğunu da yəqin ki, bilirsiz, izləməmisizsə onları da məsləhət görürəm. Kitabda ən sevdiyim fikirlərdən biri də: "Eski duygular geri gelmeyecek, peşine düşmek anlamsız... Problemlerin, insanın kendine hedefler koymasıyla, hatta onlara ulaşmasıyla çözülmediğini artık biliyorum. O yüzden gerçekten yapmak istediklerimi listeledim." Mən çox sevərək, həzz alaraq oxudum, çox sevərək dinlədiyim bir çox mahnının necə yazıldığını, arxasında hansı hekayələrin olduğunu öyrənib, bir daha aşiq oldum. Bu 14 fevral ömür boyu yanımda olmasını istədiyim bir rəfiqəmlə Teoman konsertinə `ölmədən əvvəl etmək istədiyim` şeylər siyahısına bir xətt də çəkmişdim. Papatya Teoman, özünün də qeyd etdiyin kimi- "Tanrı`nın benimle vermek istediği mesajı bilemiyorum. Umarım birilerinin mutluluğu için varımdır." qəlblərə toxunmağa davam et! Xoş mütaliələr!
Fasa Fiso
Fasa FisoTeoman · Hep Kitap · 20181,668 okunma
·
28 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.