Gönderi

9/10
·155 syf.··
Beğendi
·
2020 37. kitabı
Oxuduğum kitablarda elə obrazla qarşılaşıram ki, aid olduqları cəmiyyətin bütün keyfiyyətlərini yaxşısı və pisi ilə yansıtmaqlarına baxmayaraq, sanki özgələşdirilmiş kimsələr təəssüratı bağışlayırlar. Bəs cəmiyyəti yansıtsalar belə bu obrazların sevilməyərək kənarlaşdırılmalarının səbəbi nədir? Məsələn; “Yad” kitabının Jean Mearsault`u kimi, “Aylak adam”ın C. Obrazı kimi... çünki bu obrazlar iki üzlülükdən imtina edərək, başqalarının özləri haqqındakı düşüncələrini mənimsəməyən, hərkəsləşmədən uzaq şəxslərdir.Bəli, şəxs deyəcəm onlara; çünki obraz olanlar - eyniləşmiş düşüncəni hərkəscə bölüşən, seçimlərini və fikirlərini başqalarınınki ilə müqayisə edərək sevilməmə dərəcəsinə görə ortaya atan, əksəriyyət olaraq çox danışan amma boş danışan qurğulanmış qəhrəmanlar olmaqla, bizim cəmiyyətimizin də böyük hissəsini təşkil edənlərdir. İstehsal etdiyimiz bütün əşyalar belə bir məqsəd çərçivəsində, nəyəsə xidmət etmək üçün yaradılmışkən, bəzi insanların bu məqsəddən uzaq yaşayışları sadəcə gülünc səslənir .Həyatını bir gün orada, bir gün burada, bir gün Əli kimi, başqa bir gün Vəli kimi yaşayan insan heç bir yerə aid ola bilməz; kiçik bir qayıq kimi böyük bir okeanın ortasında hər dalğa ilə fərqli tərəflərə sovrular, günlərini sadəcə sağ qalmaq instinktinə bağlı şəkildə xərcləyər. Yazıçı məhz bu kimi insanlarla çevrələnmiş bir cəmiyyətdə C. Adlı obrazın həyatını 4 fəsil olmaqla təqdim edir. Həyat tərzi dediyimiz qaydalar toplusu bəzən elə mənasız gəlir ki, özlərini buna uyğunlaşdırmış olanların sadəcə bir gününü kənardan müşahidə etmək istəyərdim. Bəlkə də aydınlanma dediyimiz xəstəliyin ilk simptomları məhz belə başlayır: özünü sorğulama, cəmiyyəti sorğulama, özünün cəmiyyətdəki yerini sorğulama və sonrasında gələn vecsizlik baş ağrıları. Anlayırsan ki hər şeyi sorğulamaq vərdişinin özünü sorğuladıqda ortaya bəzi suallar çıxır ki, verə biləcəyin cavablar sadəcə mənasızdır. Bəlkə də önəmlisi sorğulama sırasında öyrənmiş olduqlarındı; cavabı aldığını düşünüb də yerində oturan insanlar əslində cavab tapa bilməyən şəxslərdir. Kitabdan kənarlaşdığımı düşünənlər ola bilər, amma xeyr. Sadəcə C.obrazı ilə tanış etmək üçün daxilinə bir pəncərə açmağa çalışdım. C.`ni hər kəs tanımalıdır fikrimcə. Ən sevdiyim yönü isə ideallarından əl çəkməməsi , məsələn axtardığı , xəyalının qurduğu amma kim olduğuna dair ən kiçik fikri belə olmadığı qadın ilə hərhansı bir məkanda qarşılaşma ehtimalının olduğunu düşünməsi və boş zamanlarında bu anın gerçəkləşməsinə qarşı özü ilə söhbətləri oldu.
Edebiyat
Aylak AdamYusuf Atılgan · Yapı Kredi Yayınları · 201771bin okunma
·
34 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.