Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

725 syf.
·
Puan vermedi
·
3 günde okudu
Şeir mənimçün daxili bir ehtiyacdı, sığınacaqdı, bir başqasının dilindən özünüifadə, duyğularımı dilə gətirmə şəklidir. Nə zaman bir şeylərin əskik olduğunu hiss etsəm, şeirə sığınıram, şeirlə tamamlayıram o çatışmayan parçanı. Kitab oxumadan ən çox 3 gün yaşaya bilirəm, amma şeiri isə sadəcə zaman zaman daxildən gələn şeiroxuma istəyilə oxuya bilirəm. Ancaq o zaman zövq ala bilirəm şeir oxumaqdan. Əslində, builki qədər şeir kitabı oxuduğum heç olmamışdı. Şeiri yenə oxuyurdum təbii, amma kitab olaraq deyil, tək-tək, ara-sıra. Karantinin təsiridi böyük ehtimal ki, bu il daha çox oxudum. Bəzən yaşadıqlarımız, hazırki məcburi #evdəqal psixologiyamıza və duyğularımıza təsir göstərir. Bir az daha duyğusal insana çevirir bizi, qorxularımız, qayğılarımız vurur üzə. Tam da bu anda şeir çatır imdadımıza. Duyğularımıza tərcüman olur. Turgut Uyarın kitabını uzunnnnca zaman əvvəl almağıma baxmayaraq, bu günə qədər heç oxumamışdım, hətta oxumağa cəhd də etməmişdim. Yenə karantin vəsiləsiylə oxudum və sevdim. Sətirlərin, misraların, səhifələrin arasında özümü tapdım, "ah, nə gözl söyləmiş şair" dedim zaman-zaman. Şeirsevərlərin sevərək oxuyacağı kitablardan biri olacağına inanaraq, oxumağı tövsiyyə edirəm. Xoş mütaliələr...
Büyük Saat
Büyük SaatTurgut Uyar · Yapı Kredi Yayınları · 20197,3bin okunma
··
71 görüntüleme
Bu yorum görüntülenemiyor
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.