Gönderi

10/10
·101 syf.··
Beğendi
·
2020 6. kitabı
Con Steynbek . Mirvari . 🖇 Çox maraqlıdır o dövrün yazarları sanki bizim zamanımızdan yazıblar. Demək ki, zaman dəyişir insanlar dəyişmir. . . 🖇 Amerikalı yazıçı, nobel mükafatçısı Con Stenybek dünya ədəbiyyatında önəmli yazarlardandır. Reailst yazıçıdır və əsərlərində insanların ürəyinə toxuna bilir. Bir çox məşhur əsərləri var ki, bunlardan biri də “Mirvari”-dir. Kiçik həcmli olmasına baxmayaraq dərin duyğular hiss etdirən və təsirləndirən kitab oldu. Bəzi əsərlər, kitablar olur ki, onlar haqqında danışmaq çətin olur. Cümlələr elə bil düyümlənir fikrimi çatdıra bilmirəm məhz “mirvari” də o əsərlərdəndir. . . 🖇 Kitabdakı hadisələr dənizçi Kino və ailəsindən bəhs edir. Və hər şey balaca körpələrini əqrəbin sancması ilə başlayır. Kasıb olduğu üçün qapısını döydüyü həkim belə uşağa baxmaqdan imtina edir. (Təəssüf ki, hazırki cəmiyyətimizdə də fərqləndirmə, ayrımçılıq var). Əlacsız ata çarəni dənizdə mirvari axtatmaqda tapır. Və şans bu dəfə ona gülür. Hər kəs Kinonun dəyərli mirvariyə sahib olmasından danışır. Ətrafı belə ona qarşı dəyişir. Bəziləri düşmən olur ona qarşı, bəziləri də yalaq dostluq roluna girir. Amma bu şans həm də, Kinoya çox böyük müsibətlər, bəlalar gətirir. Heç də hər şey onun arzuladığı, qurduğu xəyallar kimi olmur. Dəyərdimi insan həyatına mail olan, dəyəri baha ölçülən bir daşa görə bu qədər faciəyə? . . 🖇 Bəzən yoxsulluq insanı istəmədiyi nələrəsə vadar edə bilir. Azdırmı hazırki cəmiyyətimizdə belə insanlar yoxsulluq ucbatından cinayət törədənlər, bir tikə çörək üçün oğurluq edənlər? İnsan elə bir canlıdır ki gözü heç vaxt doymur, istədikcə istəyir. Hirs gözünü elə pərdələyir və təhlükəni görmür. Hər şeyin çoxu isə insana zərərdir. Sonra da hər şey üçün çox gec olur.
Edebiyat
İnciJohn Steinbeck · Sel Yayıncılık · 202349,8bin okunma
·
30 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.