Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

372 syf.
·
Puan vermedi
"Hiç biri susmadı ama herkes sağırdı!"
Yaxşı ki Cəhənnəm var! Amma kaş bu dünyada da bir az ədalət olaydı..! DƏHŞƏT!!! Eensestin var olması DƏHŞƏT!!! Amma bunun cəzasız qalması, ya da dırnaq arası bir cəza alması, buna susulması DAHA DƏHŞƏT!! Bir tövsiyə (#77225428) üzərinə oxuduğum, hər cümləsində qəlbimi, ağlımı, ruhumu dəhşətin bürüdüyü kitab! Çox ağır bir kitabdır. Və çox, təəssüf ki, kitabı bu qədər ağır edən onun içində olan həqiqətlər, həyatdan faktlardır. Kitabdakı dialoqları belə sona qədər oxumaq çətindir... Özünə bir sual verirsən: "Tanrım, mən nələr oxuyuram belə?!" Toplum, cəmiyyət olaraq ele bir zihniyətə sahib oluruq ki, artıq bele kitabları oxumağı bele "ayıb" sayırıq. Nəyin ki ensestə susmamaq, dilləndirmək, YOX demək iradəmiz olsun. Cəmiyyət olaraq bu və bunun kimi məsələlərə daha şüurlu yanaşmaq üçün mütləq oxunması lazım olan kitabdır. OXUMALI VƏ OXUTDURMALIYIQ. Oxuduqca insan düşünür... Ya Rəbb, insan qalmaq bu qədər çətindir?! Axı biz niyə İnsan ola bilmirik?!! Sabir gəldi ağlıma.. Daş qəlbli insanları neylərdin, ilahi?! Bizdə bu soyuq qanları neylərdin, ilahi?! Hər zülmə dözən Canları Neylərdin, İlahi?! Məzlumların göz yaşı dərya olacaqmış, - Dəryaları, ümmanları neylərdin, ilahi?! Əlbəttə, O nə edəcəyini bilər. Bəs biz cəmiyyət olaraq nə edirik? Nə etməliyik?! Onsuz da hər şeydən xəbərsiz, günahsız olaraq həyatın ən ağır yükü çiyinlərinə yüklənən uşaqlara bir zərbəni də cəmiyyət vurmurmu? Məsələn, məktəbdə elə uşaqla oturma sən. Küçədə o uşaqla danışma. Qonşuda o uşaqla oynam və s. Daha əxlaqın nə olduğunu bilməyən uşaqlara əxlaqsızlıq damğası vurub, yaşamaq, gülmək, oxumaq, sevmək, sevilmək, var olmaq, yaşamları boyu normal olmaq şansların əllərindən almırıqmı? Heç kim o uşaqları qınaya bilməz!!!! HEÇ KİM!!! "Çocuğu bakışlarıyla bile yargılayamaz kimse. Aklınıza hayalinize gelmeyen şeyler anlatırken gözleriniz dolamaz; "Vah vah, tüh" gibi şeyler söyleyemezsiniz çocuğa, söylememelisiniz." Son olaraq "BÖYÜKLƏRƏ"... BÖYÜKLƏR, UŞAQLARI QORUYUN. ƏN ÇOX DA ÖZÜNÜZDƏN!!!
Kardeşini Doğurmak
Kardeşini DoğurmakBüşra Sanay · Doğan Kitap · 20185,7bin okunma
··
48 görüntüleme
Ülfet okurunun profil resmi
Ne güzel dedin "toplum olarak böyle kitapları okumayı ayıp sayar olduk" diye. Hakikaten öyle. Tavsiye olarak bir arkadaşıma almasını söylemiştim kitabı. Sürekli alışveriş yaptığım ve muhabbetimin olduğu bir kitapçının bu gerekçe ile kitabı satmadıklarını öğrendim, çok şaşırdım. Uygun zamanı bekliyorum kavga etmeye gitcem o zihniyeti kokmuş kitapçıya, şu kötü zamanlar geçsin hele...😡😣 kalemine sağlık🙏
Goychak okurunun profil resmi
Satdığı kitablardan arada oxusa, bəlkə, qurtular ele zihniyətdən..! Təşəkkür edirəm🙏✨
Liliyar okurunun profil resmi
"BÖYÜKLƏR, UŞAQLARI QORUYUN. ƏN ÇOX DA ÖZÜNÜZDƏN!!!" Tokat gibi bir final.. Gönlünüze sağlık.
Goychak okurunun profil resmi
Təşəkkürlər🌺✨
Sefa Günay okurunun profil resmi
Bu kitabı ben de esefle okudum ve hayrete düştüm. Sizin tespitlerine sonuna kadar katılıyorum. Ayrıca, Azerbaycan Türkçesini sizin vesilenizle okuma fırsatı bulmak gerçekten beni mutlu etti. Şükranlarımı arz ederim.
Goychak okurunun profil resmi
Diqqətiniz üçün siz sağ olun.
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.