Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

112 syf.
10/10 puan verdi
·
Beğendi
·
21 saatte okudu
" İblis nədir? ­ -Cümlə xəyanətlərə bais... Ya hər kəsə xain olan insan nədir? ­ -İblis!.." Məktəb illərindən yadımda qalan sözlər idi bunlar. Həmişə oxumaq istədiyim amma oxumağın qismət olmadığı bir əsəri də sonunda oxuyub bitirdim. Və səhifədəki Azərbaycan ədəbiyyatından yazacağım ilk kitabdır "İblis". Bu əsərdə bir çox yerdə türk sözlərinə rast gəlirik. Bir müharibə meydanında "İblis"in insanları yoldan çıxararaq günahlara sövq etməsi əks etdirilmişdir əsərdə. Hər bir insanın sadece "İblis" yoldan çıxartdığı üçün pis insan olduqları, bütün günahın "İblis"də olduğunu görürük. 1918-ci ildən yazılan bu əsərdən 102 il keçsə də hələdə belə düşünən insanların olduğunu görürük. Hər birinin əslində "yaxşı" biri olduğuna bütün günahın "Şeytan" da olduğuna özünü inandiran insanlar var. "Şeytan əməlidir" , " Şeytan yoldan çıxartdı" bütün elədiyimiz pis işlərdə arxasına gizlənə biləcəyimiz bir bəhanəmiz var əlimizdə. Bu bəhanə ən çox lənət oxuduğumuz amma çox vaxt arxasına gizləndiyimiz bir bəhanədir həmdə.
İblis
İblisHüseyn Cavid · Qanun Nəşriyyatı · 2019649 okunma
·
760 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.