Milan Kunderaya dünya şöhrəti gətirən "Varlığın dözülməz yüngüllüyü" həyatımın ən yaxşı romanı deyə biləcəyim bir əsərdir. Kundera bütün əsərlərində, o cümlədən bu romanında da özünün həyata keçməyən arzularını qələmə alıb və sözdən sirli-sehrli, əfsunlu bir dünya yaradıb. Onun bənzərsiz üslubu və yazı manerası məni valeh elədi. Cümlənin biri bitməmiş o birinin həniri gəlir, kitabı əlindən yerə qoymaq istəmirsən, səhifələr çevrildikcə sona yaxınlaşdığına heyifsilənirsən. Bir ömür boyunca elə bu kitabı oxumaq istəyirsən. Amma neyləyəsən ki, əvvəl varsa, son da var.
Bu roman həm də onun tərcümeyi halıdır. Tomaş elə sovet qoşunlarının Praqaya girməsindən sonra işdən qovulan, partiyadan xaric edilən yazıçının özüdür. Bu əsər "Praqa baharı"nın övladıdır.
Tomaş da, Tereza da, Səbinə də bu məğlubiyyətin qurbanlarıdırlar. Tomaş ixtisasca həkimdir, ölkəsi işğal olunandan sonra isə hansısa firmada pəncərəsilən işləyir, sifarişlə evlərə gedir. Onun həyatındakı qadınlar da bu məğlubiyyətin ortağıdırlar. Tomaşın Terezanın əylənməsi üçün evə gətirdiyi itin - Kareninin ölümü də bu varoluşun yüngüllüyünə dözülməz bir ağırlıq əlavə edir.
Yazının devamı: ceylanmumoglu.com/article/milan-k...