Çoxuşaqlı ailədə doğulan bu uşaq artıq 5 yaşında taleyilə amansız bir döyüşə atıldı. Mübarizə uzun, çox uzun çəkdi. Amma sonda Krsiti Braun qalib gəldi. Onun alter eqosu bütün maneələri, sədləri aşa bildi. Həkimləri onun nə vaxtsa sağalacağına ümidlərini üzdüyü halda anası hər zaman ona mənəvi dəstək oldu, bu balaca, şikəst məxluqun nə vaxtsa yararlı bir insana çevriləcəyinə ürəkdən inandı.
Kristinin anası bu ağır işin öhdəsindən uğurla gəldi. Bu kiçik təkan Kristidə toplumsallıq duyğusunu gün-gündən inkişaf etdirdi. Son nəticədə bu uşaq tanınmış bir yazıçıya çevrildi. İyirmi iki yaşında sol ayağıyla yazdığı "Sol ayağım" romanı ona bütün dünyada məşhurluq qazandırdı. Bu roman ona çox böyük fiziki və mənəvi ağrılar bahasına başa gəlmişdi. Hələ beş yaşı olanda daxili aləmini rənglərin diliylə açmağa cəhd etmişdi. Amma onun qismətinə rəssamlıq yazılmamışdı. Onun danışığında da ciddi qüsurlar vardı və o, insanlara fikrini çatdırmaqda çətinlik çəkirdi. Belə olan halda yazmağı tərcih edir. Danışa bilməyən adamın yeganə xilas yolu yazmaqdır.
Yazının davamı:
ceylanmumoglu.com/article/kristi-...