Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Ey varlığı yoq, yoqluğu vardan daha dilbər! Ruhum səni izlər. Lütf et, o gözəl çöhrəni bir an bana göstər, Könlüm səni özlər. Uydum da peyəmbərlərə, qanunə, kitabə, Duydum yenə qəsvət. Başdan-başa həp qəhrü qəzəb, tövbə-inabə, Həp zəfə əlamət... Hər fəlsəfə bir vəlvələ, həp tatlı xəyalat, Yoq rəhbəri-vicdan. Sənsiz doğamaz qəlbimə, vicdanıma heyhat, Bir şöleyi-irfan. En gəl bana, yaxud bəni yüksəklərə qaldır, Gəzdir qonağında. Yerlərdə süründüm, yetişir, göylərə qaldır, Dindir qucağında. Qaldır bəni, bir seyr edəyim xoşmu, gözəlmi Cənnətdə mələklər? Qaldır bəni, ta görməyim insandakı zülmi, Baq, yer yüzü inlər. Yarəb, bu cinayət, bu xəyanət, bu səfalət Bulmazmı nihayət? İnsanları xəlq etmədə var bəlkə də hikmət, İblisə nə hacət?!
·
1 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.