8/10
·605 syf.··
Beğendi
·
2020 169. kitabı
Bu dəfə sizə Jeffrey Eugenidesin Middlesex kitabından bəhs edəcəm. Kitabı tamam fərqli düşünürdüm. İlk olaraq bildirim ki,bu kitab qohum evlililiyinə olan etirazımı dahada sərtləşdirdi. Kitab 1960-ci ildə qız olaraq dünyaya gələn ancaq bədənində kişi xromosomları olan yunan Calliopenin həyatından bəhs edir. Homoseksuallığın və cinsi psixoloji pozuntuların səbəblərinin, yazıçı qohum evlilikləri olduğunu sübüt etməyə çalışır.Xristian kilsəsi bunu qadağan edir. Çünki kuzenlər bacı qardaş kimi qəbul olunur və mayanlanma zamanı xromosomlarda genetik pozulmalar baş verir. 1922ci ildə ki, böyük İzmir yanğınından qaçan bacı və qardaş Amerikaya qaçarkən ər arvada çevrilir. Və nəsildəki genetik pozğunluğun əsasını qoyur. Kitabın yarısı bu şəxslərin yaşadıqları çətinliklərdən və Calliopenin qarışıq düşüncələrindən bəhs edir. Əsas diqqətimi çəkən yerlər 1.Böyük Smyrna(İzmir)yanğını. 2.Amerikada yunanların və ermənilərin çoxalma səbəbləri 3.1933 depressiyası və içki qadağası. 4.1967- Zəncilərin Detroyt üsyanı və ağların bu üsyan nəticəsində varlanmağı 5.1974-Türklərin Kipr işğalında Amerika kəşfiyatının rolu Həyatı dərk edən hərkəsə oxumağı məsləhət görürəm. Kitab çox maarifləndiricidir və 21ci yüzilliyin ən yaxşı kitablarından hesab olunur.
Edebiyat
MiddlesexJeffrey Eugenides · Domingo Yayınevi · 20151,360 okunma
·
73 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.