Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Bu xəstəlik başqa cür "Anosognosia" adlanır.
Ali Məhkəmənin hakimi V.O.Duqlasın (William O.Douglas) 31 dekabr 1974-cü ildə keçirdiyi infakt nəticəsində sol tərəfi iflic olmuş və ömrünün qalan hissəsini əlil arabasında keçirmişdi. Hakim Duqlas xəstəxanaya təzə-təzə düşəndə yaxşı olduğunu əsas gətirib evə buraxılmasını tələb etmişdi. İfliclə bağlı analizlərin nəticələri, həkimlərin dedikləri ona görə boş şeylər idi. Jurnalistlər onun səhhəti ilə bağlı tərəddüdlərini dilə gətirəndə isə onları hər kəsin gözü qabağında təbiət gəzintisinə dəvət etmişdi. Təbii ki, hamı hakimin sözlərini qeyri-ciddi qarşılamışdı. Hakim hətta bədəninin iflic tərəfi ilə qol vurduğunu belə iddia etmişdi. Bu uydurma iddialardan sonra hakim Duqlas hakimlik vəzifəsindən azad edilmişdi. Duqlasın düşdüyü zehni vəziyyət anozoqnoziya (geniş mənada öz xəstəliyini, anatomik və ya funksional qüsurunu bilməmək) adlanır. Anozoqnoziya bir orqan və ya nahiyədə sonradan hansısa funksiyanın sıradan çıxdığını bilməmək və qəbul etməmək deməkdir. Ən tipik nümunələrdən birini də iflic keçirdiyi və bədəninin bir hissəsi işləmədiyi halda özünü sapsağlam sayan, xəstəliyini heç cür qəbul etməyən xəstələr təşkil edir.
Sayfa 202Kitabı okudu
·
6 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.