Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Sən gələndə tək idim, insanlara məktub yazırdım Yazırdım ki, ey insanlar, sizinlə bir dünyada yaşamaq Evinizin yanında ev tikmək, sizə qonşu olmaq Heç bilirsiniz necə çətindir? Sən gələndə sənə demək istəyirdim ki, darıxma Küləklər səni çox sevdiyindən Hamıdan çox üşüdəcək Yağışlar səni hamıdan çox isladacaq Dəniz səni çox sevdiyindən Hamıdan tez boğacaq sularında Balıqlar səni çox sevdiyindən Hamının cəsədindən tez gəmirəcəklər cəsədini Torpaqlar bütün sümüklərdən tez çürüdəcəklər sənin sümüklərini hər şey, hər şey səni tələsdirəcək ki, Mənə tez qovuşasan Sən gələndə mən canlı deyildim, adam deyildim Mən sənin gəlib çıxdığın yer idim! Aqşin Yenisey
·
13 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.