Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

91 syf.
9/10 puan verdi
·
Beğendi
Şərəf yoxsa ləyaqət
"Ölülərin altına da gömüldüm, bəli, ancaq indi dirilərin, hadisələrin, sənədlərin və məzarıma dönməyimi istəyən bütöv bir toplumun altında gömülüyəm..." Onore de Balzak "Polkovnik Şaber" Əsər müharibə vaxtı öldürülmüş hesab edilən, cəsədlərlə dolu bir çuxurdan təsadüfən çıxan, müharibə qəhrəmanı bir polkovnikin geri dönərək həyatına davam etmək istəməsi və insanların (hətta keçmiş həyat yoldaşının) onu rədd etməsindən bəhs edir. Dəlixana, həbsxana və qorxulu şərtlər altında keçən illərdən sonra, ağıllı bir vəkil vasitəsi ilə nəticəyə yaxınlaşır... "Ölülər dirildiklərinə peşman olur mu? Olurmuş..." Əsər müharibədən sonrakı fəsadları diqqətə çatdırmaqla kifayətlənmir. Burda həm də əsl hərbçi ləyaqətindən söhbət gedir. Elə hərbçilər olur ki, onlardakı ləyaqət cəmiyyətdəki digər insanlarla müqayisədə daha qabarıq nəzərə çarpır. Bu cür adamlar öz ləyaqəti, mərdliyi ilə digər insanları həm özünə valeh edir, həm də qorxudur. Döyüşdən-döyüşə bu insanların təkcə bədəni deyil, hisləri də bərkiyir. Şaber də bu cür adamlardan biridir. Şaber obrazını ədəbiyyatdakı ən fədakar obrazlardan biri saymaq doğru olardı. Şaber obrazı vasitəsi ilə şərəf və layəqət anlayışları arasındakı incə fərqi anlamaq olur. Şərəf-ictimai şüurda şəxsin cəmiyyət tərəfindən müsbət qiymətləndirilməsi ilə müşayiət olunan keyfiyyətlərinin əks olunmasıdır. Ləyaqət isə insanda yüksək mənəvi keyfiyyətləri göstərən xassələrin məcmusu, həmçinin bu xassələrin dəyərini dərk edən şəxsin özünə qarşı duyduğu ehtiram hissidir. Yəni şərəfli olub-olmamaq cəmiyyətlə bağlı olduğu halda, ləyaqət şəxsin öz mənəviyyatına inam hissi ilə bağlıdır. Şaber üçün ləyaqət şərəfdən üstündür. Cəmiyyətin fərdə qarşı mövqeyi dəyişkən ola bilir. Yəni müəyyən bir zaman kəsiyində şərəfli sayılan fərd, bir müddət sonra şərəfsiz kimi görünə bilir. Ancaq bu heç də həmin fərdin şərəfsiz olması anlamına gəlmir. (Cəmiyyət də yanıla bilir və bəzən həqiqəti dərk etmək asan olmur.) Ləyaqət isə şəxsin özünə qarşı duyduğu hisdir. Əgər şəxs öz içində özünə qarşı haqlı ehtiram hissi duyursa, cəmiyyətin onu şərəfsiz adlandırması və bu yolla onun bir çox şeydən məhrum olması onun üçün bir o qədər də önəm kəsb etmir. Şaber ləyaqət üçün şərəfdən vaz keçir... "Bir çoxlarının məftun olduğu bir zahiri həyata qarşı nə qədər böyük bir nifrət bəslədiyimi bilsəydiniz! Mən bir xəstəliyə tutulmuşam: bəşəriyyətə nifrət edirəm... Bundan başqa, - o, burada bir uşaq kimi hərəkət etdi, - insan üçün şıq geyinməkdənsə, öz hislərində zəngin olmaq daha yaxşıdır."
Albay Chabert
Albay ChabertHonore de Balzac · Milli Eğitim Bakanlığı Yayınları · 1990461 okunma
··
223 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.