Gönderi

10/10
·387 syf.··
2020 12. kitabı
Thomas Mann Majesteleri Kral Romantizm üslubunda yazılmış və tarixi özündə cəmləşdirən romandır Yazardan ilk dəfə idi ki oxudum. Sadəcə olaraq sonları çox uzadılmışdı deyə, ona görə sonuna yaxın bir az sıxıldım. Amma ümumi məzmunu maraqlı idi. XX əsrdə Almaniya krallığı iflasa doğru gedirdi. Vergilərin ağırlığı, maliyyə, əkinçilik, meşə problemi və s. kimi problemlər artıq xalqı qınağa gətirmişdi. Kral III Johannes Albrecht isə ölüm ayağında olduğuna görə, Kral taxtına ilk oğlu II Albrecht çıxsa da, onun bütün işlərini qardaşı Klaus Heinrich həll edirdi. Amma yenə də ölkə iflasdan qurtula bilmirdi. Çıxış yolu isə yalnız Klausun əlində idi. Bəs o bunu bacaracaqmı? Bundan əlavə romanda Klausun uşaqlığını, məktəb illərini, əsgərliyini bir sözlə bütün həyatını oxumuş olacayıq. Adi hadisələr getdikcə qəribə hal almağa başlayır və yazarın zəngin təxəyyülünə bölünür. Və ən əsas da yazar qəhrəmanların hər birinin xarakterini əyani şəkildə çox gözəl çatdıra bilib bu əsərdə. Sonluğu nikbinliklə bitən sevgi dolu bir kitabdır.
Edebiyat
Majesteleri KralThomas Mann · Can Yayınları · 2013159 okunma
·
260 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.