Bu gün Salam Qədirzadənin “Qış gecəsi” romanından yazmaq istəyirəm. O qədər maraqlı sujet xətti var ki, bəyənməmək mümkün deyil.
Bəzi kitablar var ki, real həyatın tam özüdür. Oxuduqca, o real hadisələrin şahidinə çevrilirsən. Xoş olmayan acı reallıqları görürsən. Elə “qış gecəsi” də o kitablardan idi.
Roman sovet dövründə yazılıb. Ona görə o dövrün bəzi qayda-qanunları, ideologiyası bu kitabda özünü göstərir.
Yeniyetmə gəncin həyatından bəhs edir. İlk səhifələrdə Ceyranın gözlərinin gözəlliyindən bəhs edilir. Sonra isə “qırmızı kirəmitli evdə” baş verən hadisələri oxuyuruq.
Adilin həyatı uşaqlıqdan gətirməyib. Anası öləndən sonra atası ikinci dəfə evlənir. Bu qadının gəlişi ilə “qırmızı kirəmitli evdə” hər şey dəyişir, Adilin həyatı alt-üst olur. Adil sevgisindən, atasından, doğma evindən, uzaq düşür. Və bir də övladına laqeyd qalan ata məni təəccübləndirdi. Sanki arvad bu, ər isə Diləfruz idi. O evdə yalnız onun sözü keçə bilərdi. Bir də heç atalıq hissini yaşamayan Saleh müəllim var idi ki, Adilə elə əsl ata qayğısı ilə yanaşırdı.
Elə ən çox əsəb keçirdiyim obraz da Diləfruz oldu. Elə bil mələk cildində şeytandır. Yazar necə bir qadın yaradıbsa heç rəhm hissi verməyib ona. Amma sonluq çox əla bitdi. Çox da yazmaq istəmirəm. Daha yaxşı olar siz də bu əsəri oxuyun