Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Oğuzların xasiyyət və xarakterinə gəlincə, məlumat azlığı üzündən bu xüsusda tam və qəti hökmlər vermək o qədər də asan deyil, ancaq onu söyləmək mümkündür ki, oğuzlar sürdükləri həyat tərzi və yaşadıqları mühitin çətin şərtlərinin təsiri ilə olduqca tündməcaz idilər. Vuruşqan olmaq onların başlıca fəzilətlərindən biri idi. Bununla bərabər, onlar namuslu, doğrucul və qonaqpərvər insanlardı. Türklər son zamanlaradək bu xüsusiyyətlərini mü-hafizə etmişlər. XIX əsrdə də səyyahlar Anadolu türklərini bu cəhətlərinə görə yüksək qiymətləndirmişlər. Oğuzlar öz başçılarına (dini və siyasi) son dərəcə bağlı və hörmət edən insanlardı. Xurafata inandıqları və hisslərinə əsir olduqları da məlumdur.
·
8 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.