Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

175 syf.
10/10 puan verdi
·
Beğendi
Salam. Bu gün Fransız ədəbiyyatının realist yazarı hesab edilən və 90-dan çox romanları olan Honore de Balzacın “Qorio ata” əsəri haqqında yazmaq istəyirəm. Bu elə bir mövzudur ki, oxuyan hər kəsin məncə qəlbinə sirayət etmişdir. 1834-cü ildə işıq üzü görən əsər o dövrün Fransasını, insanlarını, yaşam tərzini, kübar cəmiyyətlə aşağı təbəqənin bir-birinə təzadlığını özündə əks etdirir. Qorio ata öz ömrünü iki qızına qurban vermiş atadır. Atanın qızlarına olan sevgisi o həddədir ki, hətta sevgisinin tanrının dünyaya olan sevgisindən də üstün olduğuna inanır. Əvvəllər çox kasıb fəhlə olan Qorio sonralar varlı fabrikanta çevrilir. Əldə etdiyi bütün qazancla, var-dövlətlə qızlarının hər istəyini təmin edir. El deyimi ilə desək yemir yedizdirir, geyinmir geyindirir misalı. Var-dövlət bitəndən sonra isə atanı kasıb bir pansiona “Vokenin evi”nə göndərirlər yaşamağa, Necə deyərlər “bağda ərik var idi, salam əleyk var idi”. artıq kasıb ata onlara lazım deyildi. Ancaq ata ürəyindəki sevgi o qədər ifrat dərəcədədir ki, qızlarının etdiyi şöhrətpərəstliyi, iyrəncliyi görməzdən gəlir, çünki bu özünün yaratdığı rəsm idi və Qorio özünü bilə-bilə qurban verirdi. Dəyərindın artıq sevgi belə zərərdir. Bu övlad olsa belə. Eyni zamanda katorqalı Votreni də qeyd edim. ilk öncələr onun qocaya olan davranışını sevməmişdim. Hətta yemək yeyərkən Qorioya qapaz ilişdirməsi mənə çox pis təsir etmişdi. Amma oxuduqca onun həqiqətlərinə, həyat haqqındakı bəzi fikirlərə haqq qazandırdım. Votrenin deyimiylə desək, bu həyat, elə bir həyatdır ki, namusla heç vaxt varlı dolanmaq olmaz. Mütləq ki orada bir cinayət var. Bu əsərdə başqa bir obraz da var o da Ejen Rastinyakdır. Onun Fransanın kübar cəmiyyətində yüksək mövqe qazanmaq, diqqət mərkəzində olmaq istəyi həyatında bir sıra hadisələrə yol açır. Hansı ki, bu yol onu Qorio atanın qızları ilə kəsişdirəcək. Özünü balalarının xoşbəxtliyi üçün fəda edən ata son nəfəsində “qızlarım” deyə nalə çəkərkən, ümidlə gözləməyi, çarəsizliyini, onun həsrətini təsəvvür etmək çətindir. İnsanda vicdan olmayandan sonra heç bir sevgi onu riqqətə gətirə bilməz, qəlbində rəğbət oyada bilməz. Vicdan itəndə ləyaqətdən söhbət gedə bilməz. Ona görə də mən atanın həsrətinə, övlad yanğısına çox üzüldüm. Çox təəssüf yaşadığımız toplumda belə övladlar çoxdur. Əsərdə ən çox məni düşündürən şey zaman dəyişdikcə insanların nankorluğu, pula, hərisliyə olan tamahı dəyişməz olaraq qalır. Və bu həyatda nə olursa olsun hər şeyin cəzası var. Hətta ifrat sevginin də, fədakarlığın da. Oxunması gərəkən romandır və çox axıcı dildə yazılıb. Oxuyun və sevgi ilə qalın
Goriot Baba
Goriot BabaHonore de Balzac · Mercek Yayıncılık · 014,8bin okunma
·
30 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.