Gönderi

Puan vermedi·331 syf.··
Beğendi
·
2020 11. kitabı
·
2 saatte okudu
·
Okunma: 11 Ekim 2020 19:20
Heç özünüzün və bütün insanlığın kor olduğunu düşünmüsünüzümü?! Bu kitabı oxumaq üçün bir çox səbəbimiz ola bilər. Bunlardan birincisi sahib olduqlarımızı gözlərimizlə daha yaxşı görməyimiz və yaşadığımız bu həyatın, əlimizdə olanların, ən minimal ehtiyaclarımızı ödəyə bilmə bacarıqlarımızın həyatımızı nə qədər asanlaşdırdığını anlamağımız, ikincisi isə bu bacarıqlarımızın olmamasının həyatımızı nə qədər çətinləşdirməsini anlamağımızdır. Belə baxanda bu iki səbəbin bir birindən heç bir fərqi olmadığını deyə bilərik. Ancaq elə əsas məsələ də orasındadır ki, sahib olduqlarımızın olmama ehtimalını onlar əlimizə olduqda anlamırıq. Bunun olması üçün ya bütün insani zəifliklərimizi, egomuzu kənara buraxaraq, düşünməyi bacarmalıyıq, ya da sahib olduqlarımızın yoxluğunu görməliyik. Bu kitabların adsız qəhramanları bunlardan ikincisini yaşayır. Sahib olduqları hər şeyi ağ bir korluq ilə itirirlər. Yalnız 1 nəfərdən başqa... Onun şanslı ya da şanssız olmasına qərar vermək o qədər asan məsələ deyil. Ancaq biz şanslı sayıla bilərik ki, bu kitab vasitəsi ilə sahib olduqlarımızın dəyərini anlayırıq.
Edebiyat
KörlükJosé Saramago · Kırmızı Kedi Yayınları · 2022131,8bin okunma
·
11 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.