Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Allah olsun onlara yar!!!
Payız, səndən bir ricam var, Çox tələsmə... Qoy geciksin boranlı qar! Vətənimin yad əllərdə hələ əsir torpaqları, Döyüşlərdə əsgəri var... Tanrı olsun onlara yar. Sən həlim ol, asta tərpən, Leysan olub yağma birdən. Bir az bəslə buludları ətəyində Üşüməsin əsgərimin əli silah tətiyində. Xəsislik et, gözəl payız, Torpağıma su qatanda... Yüngül olsun əsgərimin çəkmələri Zirvələrə can atanda. youtu.be/y-3NhVra85Q  Ülviyyə Eyyubova /05.10.2020/
·
4 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.