Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

224 syf.
·
Puan vermedi
·
Beğendi
·
7 günde okudu
Osho'nun yazılarını oxuyarkən özümlə baş-başa qalır, daxili dünyamın dərinliklərinə enir, həqiqi kimliyimin fərqinə varıram. Bu kitabda sevgi, cəsarət, qorxu, münasibət, meditasiya, mövcudluq, tanrı, din, ölüm və s. kimi həyati mövzular haqqında söhbətlər edilir. Bəli, Osho kitablarında öz oxucuları ilə söhbət edir; bir dost, bir sirdaş kimi. Cəsarətli olmaq qorxusuz olmaq demək deyil, əksinə, qorxularının önündə əyilməmək, bütün qorxularına rəğmən riskə addım ata bilməkdir. Kitabın içində dərin məna kəsb edən fəlsəfi fikirlər yer alır. Bəzi mövzuların təhlilində Molla Nəsrəddin, Həllac Mənsur və Mövlanədən hekayələr danışılıb, örnəklər verilir. Mən isə kitab haqqındakı fikirlərimi məşhur atalar sözünü misal çəkərək ümumiləşdirmək istəyirəm: "Qorxaq gündə yüz yol ölər, cəsur ömründə bir yol." Bu, Osho'dan oxuduğum ikinci kitab idi. Əminəm ki, bundan sonra da oxumağa davam edəcəm. Onun fikirləri mənə xoş təsir edir, düşündürür, mənə özümü yaxşı hiss etdirir. Sizə nə yaxşı hiss etdirirsə, nə xoş gəlirsə, onu da edin, ətrafınızdakı heç bir qınağa fikir vermədən :)
Cəsarət
CəsarətOsho · Qanun Nəşriyyatı · 2018583 okunma
·
62 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.