Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

392 syf.
8/10 puan verdi
·
Beğendi
Kasıb təbəqənin nümayəndəsi olan 21 yaşlı Martin İden işçi, matros olur. O bir gün Artura sataşan avaralarla dalaşıb, onları yaxşıca əziş­dirir. Bunun müqabilində Artur ona təşəkkür etmək üçün evlərinə na­ha­ra çağırır. Artur Martinin yaşında olan yüksək təbəqənin, burjua ailə­sinin üzvüdü. Martin onlara qonaq gələrkən yüksək təbəqənin adamlarına, onların savadlarına heyran qalır. Elə burada da Arturun bacısı Rufu görür və onu sevir. Ruf yarıtəhsilli Martinə ingilis dilində gözəl danışmağı öyrədir, onda ədəbiyyata maraq oyadır. Martin öyrənir ki, jurnallar yazıçılara on­ların əməyi müqabilində yaxşı qonorar verir. Ona görə də qəti qərara gə­­lir ki, yazıçı olsun və öz sevgilisinə layiq olan təbəqənin adamları sı­rasına qatılsın. Bəs sonra nə olur?? Nə olmur ki?? Kitabda demək olar ki, bir çox mövzuya toxunulub amma ən əsası həyat eşqi, sevgi, pisliyə yaxşılıqla cavab vermək, həyatın, hərşeyin qədrin bilmək hissləri çox gözəl ötürülür oxucuya.. Martinin müsbət (daha çox) və mənfi xüsusiyyətləri və sonda olanlar.. sonluğun elə bitəcəyini heç gözləmirdim..
Martin İden
Martin İdenJack London · Qanun Nəşriyyatı · 201791,4bin okunma
3 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.