Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Moon’s books

Moon’s books
@Bookstagram95
Bakı
7 okur puanı
Kasım 2020 tarihinde katıldı
256 syf.
8/10 puan verdi
·
Beğendi
Agatha Christie - On zənci balası Kiçik bir ada və bir-birini tanımayan on qonaq... Naməlum ev sahibi... Bəs görəsən, hər kəsi bura dəvət edən bu məşum cənab kimdir?? Fərqli insanlar fərqli yollarla bir adaya dəvət alırlar.. hər kəs dəvəti göndərən insanı öz tanışı və ya köhnə dostu olaraq təxmin edir.. çünki dəvətdə ev sahibinin dəvət
On Zənci Balası
On Zənci BalasıAgatha Christie · Qanun Nəşriyyatı · 201432,2bin okunma
Reklam
256 syf.
8/10 puan verdi
·
Beğendi
On Zənci Balası
On Zənci BalasıAgatha Christie
8.9/10 · 32,2bin okunma

Okur Takip Önerileri

Tümünü Gör
208 syf.
8/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Yalquzaq əvvəli biraz darıxdırıcı gələn kitab oldu.. daha sonra oxuduqca həyatdan, insanlardan, mənə maraqlı olan məsələlərdən gördükcə kitaba marağım artdı... hər birimizin daxilində tək bir “Mən” deyil, bir neçə şəxs, şəxsiyyət, “Mən” olduğu həqiqətini qəbul etmək çətin olsa da vacibdir.. hər birimiz həm yaxşı, həm pis, həm sadiq, həm vəfasız, həm dürüst, həm yalançı, həm sevgi, həm nifrət dolu, .... bu siyahını artırmaq olar.. bunlar hamısı çox təbiidir.. insana xasdır.. qəbul etmək istəməsək də bəzən.. yalquzaq bunları görməyimizə vasitəçi olmağa çalışır..
Yalquzaq
YalquzaqHermann Hesse · Qanun Nəşriyyatı · 20137,7bin okunma
216 syf.
10/10 puan verdi
·
Beğendi
Bu qədər gözəl bir əsər təsəvvür etməmişdim.. insanda motivasiya yaradır... Hər pis işdə bir yaxşı tərəf var amma bunu görəcək qədər güclü olmuruq bəzən.. kitab onu göstərir.. Santyaqonun başına nələr gəldi... Kimlərlə tanış oldu... öləcəyini düşündü... Son olduğunu düşündü... Amma Öz Yolundan dönmədi.. və sonda nə oldu.. istədiyinə çatdı... Amma buna çatmaq üçün dünyanı gəzdi.. bəlkə 1 günlük məsafədə olana çatmaq üçün illərini verdi.. amma çatdı.. mütləq oxuyun mütləq...
Kimyagər
KimyagərPaulo Coelho · Qanun Nəşriyyatı · 2015206,5bin okunma
Reklam
288 syf.
6/10 puan verdi
·
Beğendi
Ailəsinin istəkləri, arzuları, tələblərini bir kənara qoyub öz arzularının ardınca gedən gənclər... Rastlaşdıqları macəralar... Tanıdıqları yeni insanlar... Onların həyatları... Bir birlərinin həyatlarında, yaddaşlarında qoyduqları izlər... Bu səyahət zamanı başlarına o qədər maraqlı hadisələr gəlir ki... Hansı səyahətə davam edəcək? Hansı dayanacaq? Geri qayıdacaqlarmı? Əsər maraqlıdır lakin əvvəllərini daha yavaş yavaş oxudum sanki son 50-60 səhifəni bir neçə saata oxuyub bitirdim sonları deyərdim ki daha çox maraqlı gəldi mənə sanki
Hippi
HippiPaulo Coelho · Qanun Nəşriyyatı · 02,883 okunma
224 syf.
10/10 puan verdi
·
Beğendi
Varis-Uzaqdan gələn yağış. Kitabı 2 günə oxuyub qurtardım. Hələ digər işlərim olmasaydı bu 1 gün də ola bilərdi Kitabda müxtəlif sevgi hekayələri ilə yanaşı həmçinin maraqlı məlumat və məsləhətlər də verilib. Məsələn sevginin müddəti nə qədərdir, uzunömürlü olması üçün nə etmək lazımdır, ayrılıq necədir necə olur və necə başa çıxmaq olar, xəyanətin növləri səbəbləri və s. Statistikalara əsasən bu məlumatlar yazılıb. Həmçinin kitabın digər bir gözəlliyi ondadır ki geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Gənclərin yaşadığı sevgi hekayələri həm gənclərə həm də valideynlərə "dərs verə biləcək" mövzulardadır. Ailə həyatı qurmaq üçün sadəcə var dövlət kifayətdir mi,yoxsa sevgi də mi vacibdir? Bəs məcbur var dövlət var deyə xasiyyəti qızın heç xoşuna gəlməyən oğlana qız vermək hansı nəticələrə gətirib çıxara bilər? Bəs edəcəyi hərəkətin nələrə səbəb ola biləcəyini düşünmədən hansısa addımı atan gənclər sonda xoşbəxt olacaqmı? Və s. Və s. Yazıçının çox gözəl sadə həmçinin insanı özünə çəkən tərzi hekayələri daha da maraqlı həyəcanlı edir. Oxuyun məsləhətdir
Uzaqdan Gələn Yağış
Uzaqdan Gələn YağışVaris · Teas Press Neşriyat · 2018313 okunma
286 syf.
10/10 puan verdi
·
Beğendi
Adil kiçik yaşlarından anasını itirir.. Bir müddət sonra Adilə ögey ana gəlir.. Onun gəlişi ilə "qırmızı kirəmitli ev"-də heçnə əvvəlki kimi olmur... Adil böyüyür həyatında baş verən yeniliklər, dost-tanışla münasibəti, sevgi münasibəti çox çətin olur.. Bunun səbəbi Diləfruz "xanım"-dır, bəli.. Amma necə? O necə bir neçə insanın həyatını puç edə bildi?? Əsərdə ən çox sevdiyim qəhrəman Saleh müəllim və Mənsurə oldu.. Çox az hissədə olmağına baxmayaraq Nərgizi də çox sevdim.. Adilin bəzi hərəkətlərini mənasız olaraq düşündüm, ona hirsləndim bəzən Açıq sözlü olsaydı, ürəyindəkiləri gizlədib özü özünə cəza verməsəydi hərşey daha fərqli ola bilərdi.. Ən çox əsəbləşdiyim isə Diləfruz oldu təbii ki.. Onun tərbiyə etməyə çalışdığı lakin edə bilmədiyi uşaq, öz davranışları, düşüncələri və s. Laloçka haqqında da fikirlərim əlbəttə mənfi oldu, lakin Diləfruz qədər nifrət etmədim ondan.. Ən çıxılmaz vəziyyətdə qalan isə Ceyran və Rəhman idi deyərdim.. Borya, Nataşa və Xalidə də əsl dostluq, sevgi nümunələri idi.. Romanda yazıçı hərdən bir oxucularına müraciət edirdi, öz yazdığına özü fikir bildirir, yeri gələndə öz xatirələrini, həyatından fraqmentləri də əlavə edirdi.. Bu da əsəri daha çox maraqlı edirdi.. Çox çox çox gözəl idi.. ❤
Qış Gecəsi
Qış GecəsiSalam Qadirzade · XAN · 2015208 okunma
392 syf.
8/10 puan verdi
·
Beğendi
Kasıb təbəqənin nümayəndəsi olan 21 yaşlı Martin İden işçi, matros olur. O bir gün Artura sataşan avaralarla dalaşıb, onları yaxşıca əziş­dirir. Bunun müqabilində Artur ona təşəkkür etmək üçün evlərinə na­ha­ra çağırır. Artur Martinin yaşında olan yüksək təbəqənin, burjua ailə­sinin üzvüdü. Martin onlara qonaq gələrkən yüksək təbəqənin adamlarına, onların savadlarına heyran qalır. Elə burada da Arturun bacısı Rufu görür və onu sevir. Ruf yarıtəhsilli Martinə ingilis dilində gözəl danışmağı öyrədir, onda ədəbiyyata maraq oyadır. Martin öyrənir ki, jurnallar yazıçılara on­ların əməyi müqabilində yaxşı qonorar verir. Ona görə də qəti qərara gə­­lir ki, yazıçı olsun və öz sevgilisinə layiq olan təbəqənin adamları sı­rasına qatılsın. Bəs sonra nə olur?? Nə olmur ki?? Kitabda demək olar ki, bir çox mövzuya toxunulub amma ən əsası həyat eşqi, sevgi, pisliyə yaxşılıqla cavab vermək, həyatın, hərşeyin qədrin bilmək hissləri çox gözəl ötürülür oxucuya.. Martinin müsbət (daha çox) və mənfi xüsusiyyətləri və sonda olanlar.. sonluğun elə bitəcəyini heç gözləmirdim..
Martin İden
Martin İdenJack London · Qanun Nəşriyyatı · 201790,5bin okunma
2020 OKUMA HEDEFİ
7/10 kitap - %70 tamamlandı
7 kitap okudu
10 kitap
1.870 sayfa
7 inceleme
0 alıntı
Reklam