Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

286 syf.
10/10 puan verdi
·
Beğendi
Adil kiçik yaşlarından anasını itirir.. Bir müddət sonra Adilə ögey ana gəlir.. Onun gəlişi ilə "qırmızı kirəmitli ev"-də heçnə əvvəlki kimi olmur... Adil böyüyür həyatında baş verən yeniliklər, dost-tanışla münasibəti, sevgi münasibəti çox çətin olur.. Bunun səbəbi Diləfruz "xanım"-dır, bəli.. Amma necə? O necə bir neçə insanın həyatını puç edə bildi?? Əsərdə ən çox sevdiyim qəhrəman Saleh müəllim və Mənsurə oldu.. Çox az hissədə olmağına baxmayaraq Nərgizi də çox sevdim.. Adilin bəzi hərəkətlərini mənasız olaraq düşündüm, ona hirsləndim bəzən Açıq sözlü olsaydı, ürəyindəkiləri gizlədib özü özünə cəza verməsəydi hərşey daha fərqli ola bilərdi.. Ən çox əsəbləşdiyim isə Diləfruz oldu təbii ki.. Onun tərbiyə etməyə çalışdığı lakin edə bilmədiyi uşaq, öz davranışları, düşüncələri və s. Laloçka haqqında da fikirlərim əlbəttə mənfi oldu, lakin Diləfruz qədər nifrət etmədim ondan.. Ən çıxılmaz vəziyyətdə qalan isə Ceyran və Rəhman idi deyərdim.. Borya, Nataşa və Xalidə də əsl dostluq, sevgi nümunələri idi.. Romanda yazıçı hərdən bir oxucularına müraciət edirdi, öz yazdığına özü fikir bildirir, yeri gələndə öz xatirələrini, həyatından fraqmentləri də əlavə edirdi.. Bu da əsəri daha çox maraqlı edirdi.. Çox çox çox gözəl idi.. ❤
Qış Gecəsi
Qış GecəsiSalam Qadirzade · XAN · 2015209 okunma
·
82 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.