Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

240 syf.
·
Puan vermedi
* Spoiler * Bu kitab məncə, kiməsə aşiq olan, bu duyğunu dadan insanlara çox təsir edir. Onlar qəlbində xüsüsi yer tutur. Çünki, onlar, o hissi yaşayıb o düşüncələrdən xəbərdardırlar. Bəlkə də söhbət aşiq olmağı da üstələyir, daha dərindir. Aşiq olduğun, sevdiyin şəxsə qovuşa bilməməkdən doğan hissdir bu kitabı oxucularına yaxın, doğma hiss etdirən. Bəlkə də sonrakı peşmançılıdan doğan hisslər. Hər üçü də ola bilər, istənilən halda işin içində məhəbbətin olduğundan əminəm. (İş deyərkən nəzərdə tutduğum oxucularının rəğbətini qazanma səbəbi) Mən bu kitabı bitirdikdən sonra düşünürdüm ki, niyə Raif geri qayıtmadı, araşdırıb baxmadı ki, sevdiyi qadına nə olub?! Öz düşüncələrini həqiqət kimi qəbul edərək, əslində qıza (adı yadımdan çıxıb, keçən il oxumuşdum) nə olduğunu araşdırıb baxmadı. Hətta, mən də belə bir düşüncənin formalaşdığını xatırlayıram, Raifə ən çox əzab verən şey sevdiyi qızdan boş-boşuna ayrı qalması yox, onu boşuna günahlandırmasıdır. Mənim həyatımda isə bu kitab xüsusi bir yer tutmur. Bəlkə də mən aşiq olandan sonra bu kitabı yenidən oxusam, mən də tamam başqa hisslər keçirəcəm, mən də valeh olacam, amma indi yox. İndi yalnızca Raifə qarşı acıqlıyam ki, Niyə qayıtmadı qızın dalınca. Kitab haqqında nə düşündüyümün bu qədərini xatırlayıram.
Xəz Paltolu Madonna
Xəz Paltolu MadonnaSabahattin Ali · Qanun Nəşriyyatı · 2023315,6bin okunma
·
1 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.