·256 syf.··Beğendi
···Okunma: 19 Kasım 2020 12:46 Qaraqan-"Birinci addım"
"Üç addım" trilogiyasın ilk kitabı olan "birinci addım" Qaraqanın öz dilindən danışılır və romanı oxuduqca sanki yazıçı ilə söhbət edirmiş kimi bir hiss yaranır.Ən sevdiyim məqam isə Qaraqan özü haqqında yazarkən "kitablarımda seriyallara bənzər məhəbbət mövzusu yazmıram" ifadəsi idi...həqiqətən də elədir,budur Elxan Zeynallı fərqi.Əsər çox maraqlı faktlarla,milyonerlərin uğur hekayələri ilə çox axıcı və möhtəşəmdir.Bu romanda üç suala "Biz kimik?bura niyə gəlmişik ?hara gedirik? " suallarına cavab axtarılır.Azərbaycan cəmiyyətində uğur qazanmış insanların hekayələri əsərin əsasını təşkil edir.Qaraqan beş anonim milyonçunun uğur hekayələrini biz oxuculara çatdırır.Heç olmadığın biri olmaq üçün heç etmədiyin bir işi etməlisən.Roman çox gözəl həyat dərsi verir və oxucunun həyatında,düşücəsində dəyişim başlanğıcı olur.Bu əsəri oxuduqdan sonra həyatı sorğulmamaq imkansızdır.Hər birimiz Qaraqan yaradıcıllığı ilə tanış olmalı romanlarından heç olmaya "üç addım" trilogiyasını oxumalıyıq...Necə ki,mənim düşüncəmə təsir etdi Elxan Zeynallının fərqli fikirləri eləcə də sizin həyatınızda müsbət mənada dəyişim yaradacağından əminəm...