Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

64 syf.
7/10 puan verdi
·
25 saatte okudu
Ceyms Coys Ölülər salam. Nəhayət paylaşım edə bildim. Ceyms Coysun “ölülər” povesti haqqında qəti heç bir fikrim yox idi. Sifariş verərkən başqa kitabın yerinə bu povesti səhfən göndərmişdilər haqqında bir az oxudum marağımı çəkdi. Amma gözləntilərimi ala bilmədim. Daha çox dialoqlar ön planda idi. Altını xətlədiyim iki-üç cümlə ya olar, ya olmaya. Çox dərin və mənalı cümlələr yox idi. Əslində bu avtobioqrafiq əsərdi. 79 səhifəlik povestin əsas qəhrəmanları Qabriel və onun həyat yoldaşı Qretadır. 63 səhifəsinə qədər hadisələr Qabrielin xalalarının təşkil etdiyi rəqs məclisində cərəyan edir. Əyləncə, qonaqların söhbətləri, musiqilər daha ön plandadı, nəinki əsas mövzu. Əsas mövzu demək olar qıraq qalıb. Mövzusuna gəlincə,Qreta gəncliyində başqa birini sevib və sevdiyi isə gənckən ölmüşdür. Buna baxmayaraq illərdir Qreta onu unutmayıb. Qabriel isə bundan uzun illər xəbərsiz qalıb. Məclisdə eşitdiyi “Ofrimin sevgilisi” musiqisi keçmişi yenidən Qretanın yadına salır. Və elə bu da, Qabrielin hər şeyi bilməsinə səbəb olur. Sonu sözün açığı toxunmadı deyil. Özümü Qabrielin yerində təsəvvür etməyə çalışdım. Evlisən və illərlə elə bilirsən ki, yoldaşın ancaq səni sevib. Bir anda isə inamın alt-üst olur, heç də sevilməmisən sən demə. Bu üzücü bir şeydi həqiqətən. Buna baxmayaraq o yoldaşını buna görə qınamır, əsəbləşmir. Sadəcə olaraq anlamağa çalışır. Bunun üçün isə böyük ürək lazımdır.
Ölüler
ÖlülerJames Joyce · Alakarga Sanat Yayınları · 2012420 okunma
·
1 artı 1'leme
·
221 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.